Mətanət Əsədovanı qadın həmkarı zəhərləyibmiş - VİDEO

“Dostla düşməni ayırd edə bilsəydim bu günə heç qalardım? Onu seçə bilmədim. Saf oldum, ürəyimin təmizliyindən, şıltaqlığımdan, çıxdım efirə nələrsə danışdım. Gözəl geyinirdim, quruluşum gözəl idi. Amma o gözəl geyimdə başqaları kimi nələrsə edib, gəlib verilişlərdə sakit, başıaşağı, dinməz otursaydım, deyəcəkdilər ki, bundan var? Amma təmiz və saf oldum oturdum, onu başqa cür yozub, yazdılar. O biclikləri bilmədim. Necə varamsa elə də oldum”.

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova qonaq olduğu “Həyat tərzi” verilişində deyib. 

Sənətçi bildirib ki, səbrsizliyindən dilə gətirdiyi fikirlər qalmaqala və söz-söhbətə səbəb olub:

“Səhnə mənim üçün inqilab oldu. Mərdi qova-qova namərd etdilər. Haqqımda: “Bu bilirsən nədir?” dedilər. Amma məni tanıyan insan “Sən nə yazıq insansan?” söylədi. Səbrsiz olmuşam. Çoxbilmiş məni özü kimi bilib. Çoxbilmişə fikrimi çatdıra bilməmişəm ki, mən bunu demək istəmişəm, bura qədərəm. Sən məni başqa tərəflərə yozma”. 

Əsədovanın sözlərinə görə, uzun illlər əvvəl bayram verilişlərində iştirak etsə də, bir sıra Xalq artistlərinin göstərişi ilə çıxışlarını efirdən kəsiblər:

“O qədər olub ki, verilişlərdəki çıxışlarımı kəsib efirə verməyiblər. Mənim günüm bu olub. Səhnəyə yeni çıxdığım vaxtlarda cavan qız idim, hamıya demişəm ki, yığışın, indi məni efirdə göstərəcəklər. Hamı oxuyur, amma Mətanət yoxdur. Yeni il, Novruz şənliklərində Mətanət yoxdur. Çəkilişlərə gedib, mahnılarımı oxuyurdum, amma məni sonra efirdən çıxarırdılar.
Deyirdilər ki, burada işıq yandı. İşığın yanması elə məni gözləyirdi. Sifarişlə məni efirdən çıxarırdılar. Bunu isə səsi olmayan Xalq artistləri edirdi. Elələri var ki, indi yoxdur, dünyalarını dəyişiblər. Kaş çoxdan yox olardılar. Amma elələri də var ki, hələ də yaşayır. Nə deyib yaşayırsa, yaşayır da. Bəzən olur ki, “can” deyib, üzümə baxırlar. Xasiyyətim elədir ki, yalandan gülüb, üzümü qırışdıra bilmirəm. Ona xoş olsun deyə niyə gülüb, özümə əzab verməliyəm ki?

Cismani cəza verirəm özümə. Gözəllik salonuna gedirdim. Orada da xaricdən gətirilən mallar gətirilib satılırdı. Bu həm geyim, həm də ərzaq malları idi. Həmin müğənnilərdən biri demişdi ki, bunun başını geyimlərlə qarışdırın, mahnı yazdırmasın, səhnəyə də çıxmaq yadından çıxsın”. 

Mətanət, həmçinin bildirib ki, qadın həmkarı onu zəhərlədiyinə görə, altı il səhnədən uzaqlaşıb:

“Altı il səhnəyə çıxmadım, mahnı oxumadım. Çünki məni zəhərlədilər. Səsim isə batdı. Məcburən məni bir evə qonaq çağırdılar. Getmirdim, amma məcbur elədilər ki, ora qonaq gedim. Getdim və başıma belə hadisə gəldi. Qələmlə yazırdım ki, məni başa düşsünlər. Səsim tamamilə yox idi.

Gecə və gündüz ağlayıb, Allaha yalvarırdım ki, nəyimi əlimdən alırsansa al, amma səsimi mənə qaytar. Müğənni olub, səhnədən düşməyim yox. Mənim başqa yolum yoxdur. Əlimi açıb məcbur dilənəcəyəm. Ona görə istədim səsimin qayıtmağını. Sonradan səsim açıldı və getdim toylara.

Hər gecə səhərə kimi 10-15 geyim dəyişirdim, çünki çox tərləyirdim. Suyun içində olurdum. Sonra bu hal pis nəticə verdi. Həkimlər dedilər ki, oxumusan səsin batıb.

Sonradan bildim ki, məni zəhərləyiblər. Söhbət açıldı, həmin qadın müğənninin ağzından qaçdı. Ona dedim ki, Allah sənə lənət eləsin. Allah onu elə cəzalandırdı ki, hamı gördü. Mən onun adını çəkmərəm, demərəm.
Sosial şəbəkələrlə məni gözdən salmaq üçün haqqımda xoşagəlməz şərhlər yazdırırlar. Mənim heç kimlə işim yoxdur. Mətanət birdənədir, nə istəyirsiniz məndən? Mətanət hər tərəfli sizlə artıq yaşamır. Hər şey sizdə var. Məsələdə budur”. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fransada 500-ə yaxın məktəb etirazlar səbəbindən bağlanacaq - VİDEO

Fransada 500-ə yaxın məktəb etirazlar səbəbindən bağlanacaq - VİDEO

Ancelina Coli Qəzzadakı dağıntıların miqyasını Google Earth vasitəsilə göstərdi - FOTO

Ancelina Coli Qəzzadakı dağıntıların miqyasını Google Earth vasitəsilə göstərdi - FOTO

"Google"dən "Gemini Pro" modeli ilə bağlı AÇIQLAMA: Bu tarixdən etibarən...

"Google"dən "Gemini Pro" modeli ilə bağlı AÇIQLAMA: Bu tarixdən etibarən...

“Bitcoin”in qiyməti 86 min dolları ötdü

“Bitcoin”in qiyməti 86 min dolları ötdü

Millətlər Liqası: Fransa Belçikaya, İtaliya Türkiyəyə qarşı

Millətlər Liqası: Fransa Belçikaya, İtaliya Türkiyəyə qarşı

Gürcüstanda azərbaycanlı qətlə yetirildi - FOTO

Gürcüstanda azərbaycanlı qətlə yetirildi - FOTO

Toy mərasimində dava - 3 dostdan biri komaya düşdü

Toy mərasimində dava - 3 dostdan biri komaya düşdü

“Nobel həftəsi” başlayır - Bu gün tibb üzrə qalib elan ediləcək

“Nobel həftəsi” başlayır - Bu gün tibb üzrə qalib elan ediləcək

Braziliyada prezident seçkiləri sona çatdı: Təkrar səsvermə olacaq - VİDEO

Braziliyada prezident seçkiləri sona çatdı: Təkrar səsvermə olacaq - VİDEO

10 gün ərzində qeydiyyata düşməyənləri CƏRİMƏ GÖZLƏYİR – Hüquqşünas açıqladı

10 gün ərzində qeydiyyata düşməyənləri CƏRİMƏ GÖZLƏYİR – Hüquqşünas açıqladı

Millətlər Liqası: Portuqaliya 1/4 finalına vəsiqə qazandı - VİDEO

Millətlər Liqası: Portuqaliya 1/4 finalına vəsiqə qazandı - VİDEO

Vətən müharibəsinin xronikası: 5 oktyabr - VİDEO

Vətən müharibəsinin xronikası: 5 oktyabr - VİDEO

Həmin partlayış bu antiperspirantlara görə olubmuş - Video

Həmin partlayış bu antiperspirantlara görə olubmuş - Video

Uşaq istəyən qadınlar bu kəndə axın edir

Uşaq istəyən qadınlar bu kəndə axın edir

Biləsuvarda həkim həyat yoldaşı ilə qəzaya DÜŞDÜ

Biləsuvarda həkim həyat yoldaşı ilə qəzaya DÜŞDÜ

Hindistan XİN rəhbəri: Dehli Rusiya və Ukrayna ilə müharibənin dayandırılmasını müzakirə edir

Hindistan XİN rəhbəri: Dehli Rusiya və Ukrayna ilə müharibənin dayandırılmasını müzakirə edir

Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı

Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı

Mauro İkardidən "Qalatasaray"la bağlı sürpriz QƏRAR

Mauro İkardidən "Qalatasaray"la bağlı sürpriz QƏRAR

Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - VİDEO

Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - VİDEO

"Neftçi"nin legionerini Kipr klubu istəyir

"Neftçi"nin legionerini Kipr klubu istəyir

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

End of content

No more pages to load

RADİO