"Təhminə" filmində yaratdığı Təhminə obrazı ilə məşhurlaşan Türkiyəli aktrisa Meral Konratın səhhətində problem yaranıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı Elgiz Əkbər sosial şəbəkə hesabında məlumat verib.
Elgiz bildirib ki Meral çiyələk yeyərək, zəhərlənib:
"Meralın səhhəti pisləşib. Çiyələk yeyib və zəhərlənib. Həm də allergiya olub. Hələ ki, Bakıdadır, amma o, yaxın günlərdə Tükiyəyə qayıtmağı planlaşdırır".
Qeyd edək ki, Meral Konrat çəkildiyi "Elçilik" filminin təqdimatı üçün mart ayının sonlarında Bakıya gəlib.
Rəşad Əliyev, Bizim.Media