Mətanət İsgəndərli: “Ölümlə üz-üzə idim” – VİDEO

“Ömrüm boyu artıq çəki ilə mübarizə aparmışam. 30 ildir sənətdəyəm. Gənclik illərimdə arıq olmuşam. Amma bir çəkidə heç zaman qalmamışam. Dörd dəfə öz gücümə 35 kilo çəki atıb arıqlamışam. 

Amma son vaxtlar çox çəki aldım. Onsuz da artıq çəkili idim. Pandemiya zamanı həkimlər deyirdi ki, yaxşı qidalanın, immunitet güclü olsun. Hər zaman da rejimimi saxlayırdım ki, əndazədən çıxmayım. Amma pandemiyada bu rejimi qoruya bilmədim. Yeyirdim...” 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli qonaq oluğu “Xeyirli axşamlar” verilişində deyib. 

Moskvada COVID -19 infeksiyasına yoluxan sənətçi ölümlə savaşdığı günlərini xatırlayıb. O bildirib ki, başına gələn hadisələr səbəbi ilə çəkisi 107 kiloqrama qədər yüksəldiyi üçün məcburi mədəkiçiltmə əməliyyatı olunub: 

“Pandemiyada koronavirusa yoluxdum. Xəstəliyi çox ağır keçirdim. Ölümlə üz-üzə idim. 19 gün Moskvada reanimasiyada yatdım. 9 gün isə necə olduğumu belə xatırlamıram. Özümdə olmamışam. Həkimlər söylədilər ki, pəhriz saxlamamalısan, yemək yeməlisən, immunitet qalxsın. Ölmək istəmirsənsə, yeməlisən. İştahim sıfır idi. 
Sonra qolum sındı. Hərəkət edə bilmədim. Daha sonra atamı itirdim. Stress, depressiya... Nəticədə, çəkim oldu 107 kq. O çəkidə məni çox az insan gördü. Dəhşətli vəziyyətdə idim. Ayaq üstə dura bilmirdim, belim ağrıyırdı. Nə yata, nə qalxa bilirdim. Özümə dedim ki, belə yaşamaqdansa, ölmək daha yaxşıdır. 

Mədəkiçiltmə əməliyyatı keçirdim. Əməliyyat çox riskli idi. Şükür ki, hər şey yaxşı oldu. Hər zaman yeməkdən qorxmuşam.

Hər zaman bir gözüm ac, bir gözüm tox olub. “Tox evin, ac pişiyi” olmuşam. Amma iştahım hər zaman yaxşı olub. Koronavirusdan sonra bu həyata çox bağlandım. Ölümümü gördüm və hiss elədim. İndiki halıma şükür edirəm. Başıma nə gəlirsə deyirəm ki, yadına sal... Nəfəs ala bilmirdim, qışqırırdım, boğulurdum. Dəhşətli idi. Elə bil ki, səni dənizdə boğurlar, amma ölmürsən”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fransada 500-ə yaxın məktəb etirazlar səbəbindən bağlanacaq - VİDEO

Fransada 500-ə yaxın məktəb etirazlar səbəbindən bağlanacaq - VİDEO

Ancelina Coli Qəzzadakı dağıntıların miqyasını Google Earth vasitəsilə göstərdi - FOTO

Ancelina Coli Qəzzadakı dağıntıların miqyasını Google Earth vasitəsilə göstərdi - FOTO

"Google"dən "Gemini Pro" modeli ilə bağlı AÇIQLAMA: Bu tarixdən etibarən...

"Google"dən "Gemini Pro" modeli ilə bağlı AÇIQLAMA: Bu tarixdən etibarən...

“Bitcoin”in qiyməti 86 min dolları ötdü

“Bitcoin”in qiyməti 86 min dolları ötdü

Millətlər Liqası: Fransa Belçikaya, İtaliya Türkiyəyə qarşı

Millətlər Liqası: Fransa Belçikaya, İtaliya Türkiyəyə qarşı

Gürcüstanda azərbaycanlı qətlə yetirildi - FOTO

Gürcüstanda azərbaycanlı qətlə yetirildi - FOTO

Toy mərasimində dava - 3 dostdan biri komaya düşdü

Toy mərasimində dava - 3 dostdan biri komaya düşdü

“Nobel həftəsi” başlayır - Bu gün tibb üzrə qalib elan ediləcək

“Nobel həftəsi” başlayır - Bu gün tibb üzrə qalib elan ediləcək

Braziliyada prezident seçkiləri sona çatdı: Təkrar səsvermə olacaq - VİDEO

Braziliyada prezident seçkiləri sona çatdı: Təkrar səsvermə olacaq - VİDEO

10 gün ərzində qeydiyyata düşməyənləri CƏRİMƏ GÖZLƏYİR – Hüquqşünas açıqladı

10 gün ərzində qeydiyyata düşməyənləri CƏRİMƏ GÖZLƏYİR – Hüquqşünas açıqladı

Millətlər Liqası: Portuqaliya 1/4 finalına vəsiqə qazandı - VİDEO

Millətlər Liqası: Portuqaliya 1/4 finalına vəsiqə qazandı - VİDEO

Vətən müharibəsinin xronikası: 5 oktyabr - VİDEO

Vətən müharibəsinin xronikası: 5 oktyabr - VİDEO

Həmin partlayış bu antiperspirantlara görə olubmuş - Video

Həmin partlayış bu antiperspirantlara görə olubmuş - Video

Uşaq istəyən qadınlar bu kəndə axın edir

Uşaq istəyən qadınlar bu kəndə axın edir

Biləsuvarda həkim həyat yoldaşı ilə qəzaya DÜŞDÜ

Biləsuvarda həkim həyat yoldaşı ilə qəzaya DÜŞDÜ

Hindistan XİN rəhbəri: Dehli Rusiya və Ukrayna ilə müharibənin dayandırılmasını müzakirə edir

Hindistan XİN rəhbəri: Dehli Rusiya və Ukrayna ilə müharibənin dayandırılmasını müzakirə edir

Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı

Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı

Mauro İkardidən "Qalatasaray"la bağlı sürpriz QƏRAR

Mauro İkardidən "Qalatasaray"la bağlı sürpriz QƏRAR

Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - VİDEO

Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - VİDEO

"Neftçi"nin legionerini Kipr klubu istəyir

"Neftçi"nin legionerini Kipr klubu istəyir

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

End of content

No more pages to load

RADİO