Nadir Qafarzadə: “Həyat yoldaşımdan başqa hər şeyi dəyişirəm” - VİDEO

“Gələcək nəvəm üçün qızıl və brilliantdan əmzik almışam”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə qonaq olduğu “Səhər mərkəzi” verilişində deyib. 

Sənətçi bildirib ki, heyvanlardan deyil, insanların dillərindən qorxur: 

“Böyük oğlum Loğman evlənməmişdən əvvəl xanımımla hansısa şəhərə və ölkəyə gedəndə mütləq şəkildə uşaq geyimləri olan mağazalara girib, oradan “papış” da olsa alış-veriş edirik. Bu, bizdən aslı deyildi. Ər-arvad o “papışı” qoxulayıb əzizləyirik. Xoşumuza gəlir. Evdə o “papışı” götürüb, oynadırıq. Həmin o qızıl və brilliant əmzik o sıradan alınıb.

Bir sözlə, məqsədli şəkildə alınmayıb. İndi qismət olanda olacaq (Baba olmağını nəzərdə tutur – red.). İndi bu sözlərimi başqa istiqamətə yozub, başlayacaqlar məni tənqid etməyə. Namus, qeyrət, həya, abır damarları tutacaq. Məni dilə-dişə salmayın. O qədər qorxuram ki,... Mən fil, şir, pələng, ilan və gözdən qorxmuram.  Amma insanların dillərindən, zəhər tökmələrindən qorxuram. Bir var tənqid, bir də var təhqir... Ona görə məndən uzaq olun”. 
30 il evli olduğunu vurğulayan N.Qafarzadə həyatında həyat yoldaşından başqa hər şeyini dəyişdiyini açıqlayıb: 

“Avtomobilimi dəyişməliydim. Həyat yoldaşımdan başqa hər şeyi dəyişirəm. Bir tək onu dəyişə bilmirəm. Həyat yoldaşını necə dəyişirlər, mənə də deyin. Artıq həyat yoldaşımı dəyişmək gecdir. Bizə belə şeylər yaraşmaz. Hərdən ahıl yaşında insanlar boşanırlar və deyirlər ki, həyat davam edir, insan həyatını yaşamalıdır. 52 yaşımdan sonra boşanmaq olar?

Mənim həyat yoldaşım bu yaşdan sonra nə “çuvixa” deyil, nə də ki...  Bizim birgə addımlamağımız lazımdır. Biz dədə-babadan görmüşük, adət-ənənəmiz belədir. Xanımım bakılı qızı, mən isə dağlı balası. Çərçivələr olub, olacaq da... Siz bizi nə qədər müasirliyə aparsanız biz öz adətimizdən çıxmayacağıq. Bu sözlərimi insanlar necə qəbul edirlərsə etsinlər.
Camaat min oyundan çıxır, amma onlara heç nə deyən yoxdur. Biz niyə abırımızı çölə tullayaq. "Həyatımı yaşamalıyam" deyirlər, guya müasirdirlər. Hansı müasirlikdən danışırsan? Həyat ailədə gözəl olur. Ailən yoxdursa, həyatın da yoxdur. Kimə lazımdır bayquşluq? Təklik Allaha məxsusdur”. 

Qeyd edək ki, Nadir və Sevinc cütlüyünün Loğman və Əziz adlı iki oğlan övladı var.  
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qatıq yeməyin də saatı varmış: Faydası qat-qat artır

Qatıq yeməyin də saatı varmış: Faydası qat-qat artır

Tovuzda ev yanır – ANBAAN VİDEO

Tovuzda ev yanır – ANBAAN VİDEO

Yalnız bu ölkələrin gəmiləri Hörmüzdən keçə bilər – RƏSMİ – SİYAHI

Yalnız bu ölkələrin gəmiləri Hörmüzdən keçə bilər – RƏSMİ – SİYAHI

Rusiyadan İrana göndərilən humanitar yardım Qaradağdadır – FOTO/VİDEO

Rusiyadan İrana göndərilən humanitar yardım Qaradağdadır – FOTO/VİDEO

UEFA “Fənərbaxça”nı bu mənzərəyə görə cəzalandırdı – FOTO

UEFA “Fənərbaxça”nı bu mənzərəyə görə cəzalandırdı – FOTO

Azərbaycan nefti yenidən UCUZLAŞDI

Azərbaycan nefti yenidən UCUZLAŞDI

Bakıda tükürpərdici hadisə: Qadın ərinin telefonunda elə video gördü ki...

Bakıda tükürpərdici hadisə: Qadın ərinin telefonunda elə video gördü ki...

Hizbullah İsrail ordusunun Tel-Əvivdəki qərargahını belə vurdu – ANBAAN VİDEO

Hizbullah İsrail ordusunun Tel-Əvivdəki qərargahını belə vurdu – ANBAAN VİDEO

Moped sürücülərinin DİQQƏTİNƏ – Bu gündən etibarən...

Moped sürücülərinin DİQQƏTİNƏ – Bu gündən etibarən...

SON DƏQİQƏ! Türkiyənin neft tankerinə PUA hücumu - FOTO

SON DƏQİQƏ! Türkiyənin neft tankerinə PUA hücumu - FOTO

Gördüyü işdən ayda 7500 qazanır: Heç bir xərci yoxdur, qazancı özünə qalır

Gördüyü işdən ayda 7500 qazanır: Heç bir xərci yoxdur, qazancı özünə qalır

Elman Həsənovun meyiti yaşadığı evdə TAPILDI

Elman Həsənovun meyiti yaşadığı evdə TAPILDI

Tramp: “İran rəsmiləri mənə növbəti ali lider olmağı təklif etdilər” – VİDEO

Tramp: “İran rəsmiləri mənə növbəti ali lider olmağı təklif etdilər” – VİDEO

ABŞ və İsrail bu iki şəxsi hədəf siyahısından ÇIXARDI

ABŞ və İsrail bu iki şəxsi hədəf siyahısından ÇIXARDI

TƏCİLİ! İran Xarq adasının müdafiəsini gücləndirir

TƏCİLİ! İran Xarq adasının müdafiəsini gücləndirir

Başgicəllənmə bu xəstəliyin əlamətidir

Başgicəllənmə bu xəstəliyin əlamətidir

İsmayıllıda 6 otaqlı ev yandı – VİDEO

İsmayıllıda 6 otaqlı ev yandı – VİDEO

Netanyahunun iranlıları üsyana çağırmaq təklifinə Trampdan REAKSİYA

Netanyahunun iranlıları üsyana çağırmaq təklifinə Trampdan REAKSİYA

"Kiməsə üzülə bilmirəm, mənə də asan deyildi"

"Kiməsə üzülə bilmirəm, mənə də asan deyildi"

Xaricdən avtomobil sifariş edənlərə xəbərdarlıq – VİDEO

Xaricdən avtomobil sifariş edənlərə xəbərdarlıq – VİDEO

Rusiyada dollar qadağası – RƏSMİ

Rusiyada dollar qadağası – RƏSMİ

Sumqayıt sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Sumqayıt sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Günlərlə dağlarda axtarırlar: 2-3 kq tapan "qızıl tapmış kimi" sevinir

Günlərlə dağlarda axtarırlar: 2-3 kq tapan "qızıl tapmış kimi" sevinir

Ardanın bu qolu La Liqada rekord yenilədi - Video

Ardanın bu qolu La Liqada rekord yenilədi - Video

End of content

No more pages to load

RADİO