Reytinqləri alt-üst edən, məşhur “Alatoranlıq” bədii filmi bu dəfə fərqli tərzdə izləyicilərə təqdim olunacaq.
Bizim.Media “Variety” nəşrinə istinadən xəbər verir ki, sözügedən əsər serial kimi lentə alınacaq.
Layihənin hazırlanması ilkin mərhələdədir. Əsər amerikalı yazıçı Stefani Mayerin kitabları əsasında hazırlanacaq. Lakin hələlik ssenariyə kimin cavabdeh olacağı məlum deyil.
Qeyd edək ki, əsər 2008-2012-ci illər arasında buraxılmış beş filmdən ibarət idi. Onlar dünya üzrə 3 milyard dollardan çox gəlir əldə ediblər. Əsərin əsas qəhrəmanları Robert Pattinson, Kristen Stüart və Taylor Lautneri filmi daha da məşhurlaşdırıblar.
Rəşad Əliyev, Bizim.Media