Aftandil İsrafilovun qardaşı da xəstəxanaya yerləşdirilib.
Bir müddətdir səhhətində yaranan ciddi problemlər səbəbi ilə DTX-nın klinikasında müalicə alan Xalq artisti Aftandil İsrafilovun qardaşı da xəstəxanaya yerləşdirilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı müğənni Fədayə Laçın sosial şəbəkə hesabında məlumat yayıb.
Qarmon ustadına şəfa diləyən sənətçi bu sözləri yazıb:
“Bir möcüzə olsun, siz də, qardaşınız Ənuş İsrafilov da tez sağalın. Ailənizə, evinizə, dönün”.
Qeyd edək ki, Aftandil İsrafilovun qızı Həcər xanım redaksiyamızın əməkdaşı ilə söhbətində atasının vəziyyətinin ağır olduğunu açıqlamışdı.
Rəşad Əliyev, Bizim.Media