Xəbər verdiyimiz kimi, müğənni Səidə Dadaşova anidən vəziyyəti pisləşdiyi üçün əməliyyat olunub.
Sənətçinin hazırki səhhəti ilə bağlı məlumat əldə etmək üçün Bizim.Media-nın əməkdaşı müğənninin həyat yoldaşı Məhəmməd ("Maqa") bəylə əlaqə saxlayıb.
O, S.Dadaşovanın vəziyyətini belə şərh edib:
“Səidə xanım dörd saatlıq ağır əməliyyat keçirdi, ötən gün xəstəxanadan evə buraxıldı. Hazırda özünü yaxşı hiss edir”.
Qeyd edək ki, S.Dadaşova ginekoloji əməliyyat keçirib.
Rəşad Əliyev, Bizim.Media