Türkiyənin əfsanəvi ulduzu Zerrin Özer xəstəliyi ilə bağlı ilk dəfə açıqlama verib.
Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında post paylaşaraq, sərhədsiz şəxsiyyət pozuntusu (BPD - Borderline Personality Disorder - red.) ilə mübarizə apardığını yazıb.
“Rədd olub getmək istəyirəm. Məni tanımırsınız, mən borderlayn xəstəsiyəm, bezdim artıq mənə damğa vurmağınızdan, bezdim bəzi quşbeyinlilərdən” – deyə, Z.Özer vurğulayıb.
Qeyd edək ki, Zerrin Özer 2022-ci ilin iyununda karyerasını sonlandırdığını açıqlasa da bir neçə ay sonra müğənni yenidən səhnəyə qayıdıb.
Rəşad Əliyev, Bizim.Media