Əməkdar artist Bəsti Sevdiyevaya ağır itki üz verib. Sənətkarın həyat yoldaşı Oqtay bəy dünyasını dəyişib.
Bizim.Media-nın əməkdaşına açıqlama verən sənətkar, həyat yoldaşının dünyasını dəyişdiyini bildirib.
B. Sevdiyeva açıqlayıb ki, həyat yoldaşı ötən gecə Türkiyədə vəfat edib:
“Oqtay müəllim illər idi ki, şəkər xəstəliyindən əziyyət çəkirdi. Ölümündən 20 gün əvvl çiynində problem yarandı. Oğlum onu Türkiyəyə müalicəyə apardı. O, dünən gecə saatlarında dünyasını dəyişib. Bu gün isə gecə onun nəşi Bakıya gətiriləcək”.
Allah rəhmət eləsin!
Rəşad Əliyev, Bizim.Media