Əməkdar artist Nigar Şabanova növbəti açıqlaması ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, xanəndə yas mərasimlərinə makiyajla gedən qadınları tənqid edib.
“Çox maraqlıdır, yas mərasiminə gələn qadınlar, qızlar niyə ful makiyaj edirlər. Ölüyəmi sevinirlər, yoxsa yasın keçirilməyinəmi... Öz əzizləri ölsə, görəsən, belə makiyajla gələnə necə baxarlar? Necə qəbul edərlər? Allah hamıya vicdan, iman, qorxu hiss etməyi nəsib etsin. Allah hamının ölənlərinə rəhmət eləsin”, - deyə Nigar vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media