Türk sənət musiqisinin “imperator”u, müğənni İbrahim Tatlısəs Bakıda konsert proqramı ilə çıxış edəcək.
Bizim.Media xəbər verir ki, bu haqda sənətkarın musiqi gecəsinin biletlərinin satışı ilə məşğul olan “İticket.az” platforması məlumat yayıb.
“Mavişim”, Haydi söyle”, “Aramam” kimi mahnıları ilə milyonların sevgisini qazanan Tatlıses mayın 20-i “Baku Crystal Hall” səhnəsində çıxış edəcək.
İbrahim Tatlısəsin planlaşdırılan konsertinə satılan biletlərin qiyməti isə 45-500 manat civarında dəyişir.
Rəşad Əliyev, Bizim.Media