Leyla Şıxlinskaya: “Kinoya çəkilməyə dəvət etsələr, həmin an Bakıya gələrəm” – VİDEO

“Məni bir çox ekran əsərlərinə çəkilməyə dəvət edirlər. Düzdür, bu, tez-tez olmur. Elə başa düşürlər ki, mən birdəfəlik Moskvaya köçmüşəm və Azərbaycanda yoxam. Səhvdir! Kinoya gəlincə isə çəkilməyə hər an hazıram. Əgər kimsə məni filmə çəlmək istəsə sadəcə zəng edib, desə ki, Leyla xanım sizi çəkilmək üçün bu filmə dəvət edirik, həmin an təyyarəyə minib uçaram Bakıya”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Leyla Şıxlinskaya “ATV səhər” verilişinə müsahibəsində deyib. 

Aktrisa filmlərə çəkilməməsinin səbəbini yaxşı ssenarinin olmaması ilə ələqələndirib: 

“Mənim başqa məşğuliyyətim yoxdur. Sərbəst insanam. Sadəcə yaxşı ssenari yoxdur. Soruşanda ki, niyə yoxdur, deyirlər ki Leyla xanım ssenarini sifariş etmək lazımdır. Bunlar da hamısı puldur. Hər şeyi maddiyyata bağlayırlar. Düşünmürəm ki, Anar müəllim, Arif Babayev, Rasim İsmayılov “Gün keçdi” kimi belə bir filmi çəkəndə dedikləri qədər çox sayda pul lazım olub.

Yalnız onu deyə bilərəm ki, “Gün keçdi”, “Dədə Qorqud”, “Arşın mal alan” kimi filmlərdən sonra gedib, zəif filmlərə çəkilməyə mənim haqqım yoxdur. Maraqlı süjet və ssenari olsa, böyük məmnuniyyətlə çəkilmək istərdim.  

Leyla Şıxlinskayanın sözlərinə görə, “Gün keçdi” filmində ondan əvvəl Xalq artisti Şəfiqə Məmmədova çəkilməli idi. Lakin...
 
“Orada bir səhnə çəkilməli idi. 10-cu sinif şagirdi dikdaban ayaqqabıda “Klas-klas” oynamalı idi. O səhnə isə alınmadı. Şəfiqə xanım əlbəttə ki, gözəgəlimli, çəkici xanım idi. Amma 10-cu sinif şaqirdi roluna uyğun gəlmirdi. Hər halda mən belə düşünürəm. Anar isə mənim bu filmə çəkilməyimi istəmirdi. Mən onu başa düşürəm.

Bu filmə qədər mən yalnız “Arşın mal alan” filminə çəkilmişdim. O da sakit bir qız rolu idi. Amma əsas odur ki, o film çəkildi qutardı və hətta Anar üzr istədi.

Dedi ki, Leyla, bağışla. Mən tərəddüd etdim, amma sağ ol ki, belə bir film alındı. Yaşım az idi, bəlkə ona görə də belə təbii alındı. Çünki mən orada özümü, sadəcə özümü oynayırdım. Həyatda necə idimsə, filmdə də elə...”. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ermənistanda bir neçə hərbçi bıçaqlanıb

Ermənistanda bir neçə hərbçi bıçaqlanıb

Aprel ayında evlənəcək bürclər - SİYAHI

Aprel ayında evlənəcək bürclər - SİYAHI

Yadplanetlilərin mövcudluğuna dair YENİ ƏLAMƏTLƏR

Yadplanetlilərin mövcudluğuna dair YENİ ƏLAMƏTLƏR

Soğan yemək üçün bir neçə SƏBƏB

Soğan yemək üçün bir neçə SƏBƏB

"Lans" - PSJ oyunu təxirə salındı

"Lans" - PSJ oyunu təxirə salındı

Zirədə dəhşət: Oğula atəş açdı, ata öldü

Zirədə dəhşət: Oğula atəş açdı, ata öldü

Maduronun işi üzrə ikinci məhkəmə keçirilir

Maduronun işi üzrə ikinci məhkəmə keçirilir

Vasif Məhərrəmli qadınları hədəf alıb: “Sonunuz nə olacaq?" - VİDEO

Vasif Məhərrəmli qadınları hədəf alıb: “Sonunuz nə olacaq?" - VİDEO

ABŞ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

ABŞ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

Əraqçi: Amerikalıların davranışları ilə sözlərində ziddiyyət var

Əraqçi: Amerikalıların davranışları ilə sözlərində ziddiyyət var

Tramp: Müharibə tezliklə bitəcək

Tramp: Müharibə tezliklə bitəcək

Zelenski bu ölkəyə getdi - "Vacib görüşlər planlaşdırılıb"

Zelenski bu ölkəyə getdi - "Vacib görüşlər planlaşdırılıb"

Bu ölkədə güclü ZƏLZƏLƏ oldu

Bu ölkədə güclü ZƏLZƏLƏ oldu

Bakının bu rayonlarında iş tapmaq asandır - SİYAHI

Bakının bu rayonlarında iş tapmaq asandır - SİYAHI

Avropada ən populyar avtomobillər bunlardır — SİYAHI

Avropada ən populyar avtomobillər bunlardır — SİYAHI

Bu məşhurların ölkədən çıxışına qadağa qoyuldu

Bu məşhurların ölkədən çıxışına qadağa qoyuldu

Yevlaxda avtoyuma mərkəzində YANĞIN - FOTO

Yevlaxda avtoyuma mərkəzində YANĞIN - FOTO

XƏBƏRDARLIQ! Evində "airfryer" olanlar diqqətli olsun

XƏBƏRDARLIQ! Evində "airfryer" olanlar diqqətli olsun

Ötən gün 54 kiloqrama yaxın narkotik aşkarlanıb

Ötən gün 54 kiloqrama yaxın narkotik aşkarlanıb

Elvin Cəfərquliyevin yeni mövsümə harada başlayacağı dəqiqləşdi

Elvin Cəfərquliyevin yeni mövsümə harada başlayacağı dəqiqləşdi

Tramp: Razılaşma əldə etmək üçün yalvaran onlardır

Tramp: Razılaşma əldə etmək üçün yalvaran onlardır

Azərbaycana təhlükəli arılar gətirilib - İDDİA

Azərbaycana təhlükəli arılar gətirilib - İDDİA

Ayxan Abbasov: Daha yaxşı oynamaq üçün əlimizdən gələni edəcəyik

Ayxan Abbasov: Daha yaxşı oynamaq üçün əlimizdən gələni edəcəyik

Mütəxəssis qocalmaya qarşı ən təsirli qida və elementlərin adlarını sadaladı

Mütəxəssis qocalmaya qarşı ən təsirli qida və elementlərin adlarını sadaladı

End of content

No more pages to load

RADİO