Hollivudun sevilən aktrisası Lindsi Lohan ana olacaq.
Bizim.Media xəbər verir ki, bu barədə 36 yaşlı aktrisa sosial şəbəkə hesabında məlumat yayıb.
Aktrisa, körpə geyiminin fotosunu paylaşaraq "Tezliklə" sözlərini yazıb.
Qeyd edək ki, Lindsi ötən il Dubaydan olan sevgilisi Bader Şammasa gizlicə ərə gedib.
Rəşad Əliyev, Bizim.Media