Müğənni Mina Hüseyn yeni sevgilisi ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında sevgilisi ilə qucaqlaşarkən çəkdirdiyi selfisini izləyiciləri ilə bölüşüb.
Mina fotoda sevgilisinin üzünü gizlədib. Xanım ifaçı yayımladığı şəkilə ingilis dilində "səni sevirəm" şərhini yazıb.
Qeyd edək ki, Mina Hüseyn verilişlərin birində sevgilisi ilə Ümrə ziyarəti zamanı tanış olduğunu bildirib.
Rəşad Əliyev, Bizim.Media