Əməkdar artist Nigar Şabanova canlı efirdə kövrələrək, ağlayıb.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu "Xəzər axşamı" verilişində istedadlı gənc oğlana qarmon musiqi alətini alacağına söz verdiyi an qəhərdən boğulub.
Şabanova məktəb illərini yada salaraq, imkansızlıqdan bir il dəf alətini ala bilmədiyini etiraf edib:
"6-cı sinifdə Bülbül adına Orta İxtisas musiqi məktəbinin muğam sinfinə daxil oldum. Mənim 1 il dəf almağa imkanım olmadı. Heç kim mənə kömək etmədi. Anam dayanmadan bir il işlədi ki, mənim üçün dəf ala bilsin. Gücüm çatdığı qədər sənəti olan uşaqlara dəsətək olmaq istəyirəm", - deyə Əməkdar artist bildirib.
Rəşad Əliyev, Bizim.Media