Xalq artisti Aygün Kazımova ilə meyxanaçı Namiq Qaraçuxurlu növbəti dəfə bir araya gəliblər.
Bizim.Media xəbər verir ki, sənətçilər iştirak etdikləri məclislərdən birində "Sevirəm" adlı məşhur duetlərini səsləndiriblər.
Duet ortaqları ifaları zamanı bir-biri ilə səmimi ünsiyyəti və rəqsləri ilə diqqlətləri üzərlərinə cəmləyiblər.
Pop diva ilə meyxanaçının sözügedən görüntüsü sosial şəbəkədə paylaşılıb.
Qeyd edək ki, A.Kazımova və N.Qaraçuxurlu illər əvvəl duet ortağı olublar. Daha sonra tərəflər uzun müddət küsülü qalıblar.
Rəşad Əliyev, Bizim.Media