Dünyaca məşhur müğənni Şakiranın keçmiş futbolçu sevgilisi Jerard Pike evlənməyə qərar verib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Pike 9 aylıq sevgilisi Klara Çiya ilə münasibətini yaxın günlərdə rəsmiləşdirəcək.
Hətta Jerarın sevgilisi Klaraya evlilik təklif etdiyi bildirilib. Ulduz futbolçu toylarını Klaranın istədiyi kimi təmtəraqlı deyil, daha sadə formada edəcək.
Qeyd edək ki, Jerar Pike 12 il Şakira ilə münasibətdən sonra pop ulduza xəyanət edib və cütlük ayrılıb.
Rəşad Əliyev, Bizim.Media