Martın 12-də Bakıda canlı solo konsert proqramı ilə çıxış edəcəyi planlaşdırılan Türkiyənin sevilən ulduzu Mahsun Kırmızıgül musiqi gecəsindən əldə edəcək qonorarı zəlzələdən zərər çəkənlərə ianə edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkə hesabında məlumat yayıb.
"Zəlzələdə gördüklərim məni çox sarsıtdı. Azərbaycandakı konsertimə görə geri qayıtmağa məcburam. Əldə olunacaq bütün gəliri yardım üçün istifadə edəcəyəm. Sizi unutmayacağam, unutdurmayacağam", - deyə Mahsun vurğulayıb.
Qeyd edək ki, daha əvvəl fevralın 12-də Bakı Konqres Mərkəzində keçirilməsi planlaşdırılan konsert Türkiyədə baş verən dəhşətli zəlzələ səbəbindən təxirə salınmışdı.
Rəşad Əliyev, Bizim.Media