Xalq artisti Miri Yusif 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, sənətçi həyat yoldaşı Nərgiz xanımla birgə çəkilən fotosunu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
M.Yusif paylaşımında bu fikirləri qeyd edib:
“İlham pərilərimizin həyatımızı necə gözəlləşdirdiyinin, onları hər gün daha çox sevib, hörmət etməyin xatırlanmalı olduğu gündür bu gün! Əziz xanımlar, yaxşı ki, varsınız! Həyat bağçamızın ən ətirli çiçəkləri, bayramınız mübarək!”.
Rəşad Əliyev, Bizim.Media