Məşhur kanadalı reper Dreyk şənbə günü Con Consla Siril Qan arasında təşkil olunan UFC döyüşünə pul yatırımı edib.
Bizim.Media xəbər verir ki, amerikalı idmançının fransalı rəqibini həm məğlub edəcəyinə, həm də boğucu fəndlə üstələyəcəyinə 250 min dollar ayırıb.
Hər iki seçim uğurlu alınıb və Dreyk 1,7 milyon dollar qazanıb.
Xatırladaq ki, ötən ilin noyabrında Dreyk İsrael Adesanyanın Aleks Pereyra ilə döyüşdə qələbə qazanacağına 1,4 milyon dollar yatırım etmişdi. Amma həmin görüşdə Pereyra qalib gəldiyinə görə reper seçimində yanılmışdı.
Rəşad Rafiqoğlu, Bizim.Media