Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloqer və iş adamı Hüseyn Həsənov Birləşmiş Ərəb Əmirliklərində yaşamaq hüququ qazanıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı bloqer sosial şəbəkə hesabında məlumat yayıb.
Hüseyn leqal yolla aldığı şəxsiyyət vəsiqəsinin fotosunu izləyiciləri ilə bölüşüb.
“BƏƏ-də uzun müddət yaşamaq hüququnu əldə etdim. İndi Moskva evim, Dubay isə bağ evimdir”, - deyə H.Həsənov vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media