Müğənni Nura Suri ötən gün Bakıda baş verən silahlı hadisə ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında video paylaşaraq, baş verən insidentin son zamanlar çəkilən serial və filmlərlə əlaqələndirib.
“Gündə bir serial, kino çəkilir. Əməlli-başlı orada nəyi, nə cür soymaq, adamı necə öldürmək, necə qaçmaq olar, hər şeyi açıq-aydın öyrədirlər. Çox qəribə zəmanədə yaşayırıq”, - deyə N.Suri vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media