Dünyaca məşhur “Time” dərgisi 2023-cü ilə ən çox danışılan və müzakirə olunan qadınların siyahısını açıqlayıb.
Bizim.Media xəbər verir ki, siyahıda müğənni Foebe Bridcers, aktyorlar Ancela Bassett və Keyt Blanşett, futbolçu Meqan Rapinoe, boksçu Ramla Əli, iranlı jurnalist Məsih Əlinejad yer alıb.
Sözügedən dərgi adıçəkilən qadınları təbrik etmək üçün martın 8-də Los-Ancelesdə təmtəraqlı şəkildə “İlin qadınları” premyerasını keçirəcək.
Rəşad Əliyev, Bizim.Media