Əməkdar artist Rafael İsgəndərov Toppuş bacı ilə şou-biznesdə məşhurlaşan mərhum həmkarı Tünzalə Əliyeva ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, sənətçi illər əvvəl aktrisa ilə Həcc ziyarət zamanı çəkilən arxiv şəkillərini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşərək, Toppuş bacının ölümündən 40 gün keçirdiyi bildirib.
Rafael paylaşımında “Bu gün Tünzalə xanımın dünyadan köçməsinin 40-cı günüdür. Allah rəhmət eləsin, qəbrin nurla dolsun” şərhini yazıb.
Rəşad Əliyev, Bizim.Media