Dünya pop səhnəsinin əfsanəsi Madonnanın yeni sevgilisi üzə çıxıb.
Bizim.Media “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, pop ikona boksçu Coş Popperlə görüşür.
35 yaşlı Coş Manhettendə “Bredwinners Gym”ə rəhbərlik edir. Keçmişdə Coş çox da uğurlu futbolçu olmayıb. Hətta bir neçə dəfə Milli Futbol Liqasına düşməyə cəhd etsə də, seçimdən keçə bilməyib. Hazırda isə idmançı Madonnanın övladlarına məşqçilik edir.
Rəşad Əliyev, Bizim.Media