Əməkdar artist Rəşad İlyasov qızı Leyla ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, övladının şəklini sosial şəbəkə hesabında yayımlayan sənətçi onun doğum günü olduğunu yazıb.
"Təbrik edirəm! Qızım, anam, bacım, gözəl övladım. Allah səni xoşbəxt etsin. Yeni yaşın mübarək. İşində, həyatında bol-bol uğur və nəaliyyət hər zaman səninlə olsun. Allah bütün övladları qorusun", - deyə Rəşad vurğulayıb.
Qeyd edək ki, R.İlyasov həkim-pediatr Gülnarə adlı xanımla ailəlidir. Cütlüyün Mirzə adlı bir oğlu da var.
Rəşad Əliyev, Bizim.Media