Xəbər verdiyimiz kimi, dünya şöhrətli müğənni Adel ən nüfuzlu NBA idman agenti Riç Paul ilə toya hazırlaşır.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, sənətçinin dairəvi almazlarla əhatə olunmuş 8 karatlıq brilyant qaşlı nişan üzüyünün qiyməti üzə çıxıb.
Qiymətli daşlar üzrə ekspert, gemoloqun sözlərinə görə, zərgərlik Adelin gələcək ərinə 160 min dollara (təxminən 272 min manat) başa gəlib.
Yeri gəlmişkən, bu üzüklə Adel artıq 2022-ci ildə “BRIT Awards” mükafatlandırma mərasimində iştirak edib.
Rəşad Əliyev, Bizim.Media