Dünya şöhrətli Fələstin əsilli amerikalı supermodel Bella Hadid fevralın 6-da Türkiyədə baş verən dəhşətli təbii fəlakətdən zərər çəkənlərə yardım göndərib.
Bizim.Media xəbər verir ki, 26 yaşlı podium ulduzu Nyu-Yorkda yerləşən yardım məntəqəsinə yollanıb.
Orada Türkiyə səfiri Reyhan Özgürə yardım qutularını təqdim edən Bella həmin anları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Yardımsevərliyinə görə B.Hadidə dünyada məşhur ləzzətli türk qəhvəsi və lokum hədiyyə edilib.
Rəşad Əliyev, Bizim.Media