Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğ ölkəsində baş verən zəlzələdə zərərçəkənlərə növbəti dəfə yardım edib.
Bizim.Media xəbər verir ki, bu haqda “AHBAP” dərnəyinin təsisçisi rok ifaçısı Haluk Levent məlumat yayib.
Musiqiçi bildirib ki, aktyor 950 min lirə (85 min manat) ianə bağışlayıb.
Qeyd edək ki, K.Tatlıtuğ təbii fəlakətin ilk günlərdə “AHBAP”a 200 min lirə pul köçürmüşdü.
Rəşad Əliyev, Bizim.Media