İki gün əvvəl Türkiyədə baş verən 7.8 bal gücündə dəhşətli zəlzələdən sonra türk sənət musiqisinin divası Bülənt Ərsoy zərərçəkənlər üçün təşkil olunan böyük yardım kampaniyasına qoşulub.
Bizim.Media türk mətbuatına istinadən xəbər verir ki, sənətkar öz büdcəsindən bir milyon lirə (təxminən 90,300 manat) pul ianə edib.
Bununla yanaşı Ərsoy təbii fəlakət bölgəsinə beş inşaat maşını göndərib.
Qeyd edək ki, bu saata olan ən son məlumata görə Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 9 min 57 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 52 min 979 nəfər yaralanıb.
Dağılan bina sayı isə 6 min 444 nəfərə çatıb.
Rəşad Əliyev, Bizim.Media