“Çəkim biraz artıq olanda depressiyada oluram. İnsan var ki, gündə bir saat depressiyada olur”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Xatir İslam qonaq olduğu “Zaurla Günaydın” səhər şousunda deyib.
Sənətçi bildirib ki, arıqlayanda özünə bahalı geyimlər alır.
“Arıqlayanda özümə çox bahalı paltarlar alıram. Özümə bunu qıyıram. Bu isə yalnız istədiyim çəkidə olanda baş verir. Başqa vaxt başımı kəs, öldür, bahalı paltar almaram. Hətta bacım Günelin paltarlarını geyinirəm”, - deyə Xatirə qeyd edib.
Rəşad Əliyev, Bizim.Media