Xəbər verdiyimiz kimi, ötən gün “Həmin Zaur” axşam şousunda qonaq olan Əməkdar artist Ehtiram Hüseynov verilişdə çətin anlar yaşayıb. Dağınıq skleroz xəstəliyindən əziyyət çəkən sənətçinin proqramda nə yeriyə bilib, nə dəki ayaq üstə rahatlıqda dura bilib. Həmin anlar isə proqramın canlı efirində nümayiş olunub.
Xanəndənin səhhəti ilə bağlı məlumat əldə etmək üçün Bizim.Media-nın əməkdaşı E.Hüseynovla əlaqə saxlayıb.
Sənətçi “Müalicələrim davam edir. Ölkə xaricində deyil, Bakıda müalicə alıram. Hazırda yoldayam, danışa bilmirəm”, - deyə dəstəyi asıb.
Rəşad Əliyev, Bizim.Media