Müğənni Əlikram Bayramovun “Şou-biznesin ağsaqqalı mənəm” sözlərinə həmkarı Talıb Tale münasibət bildirib.
Bizim.Media xəbər verir ki, Talıb “Şou xəbər” verilişinə müsahibəsində Əlikramın iddialı açıqlamasını heçə sayıb.
“Əlikram bu qərarı keçirdiyi hansı konsertlə verib ki, özünü “ağsaqqal” seçib, elan edib? O, bu sözləri zarafatla deyə bilər. Əlikram elə insan deyil. Mən üzərimə götürmürəm. Baxmayaraq ki, 41 yaşım var”, - deyə T.Tale bildirib.
Rəşad Əliyev, Bizim.Media