“Divin canı şüşədə olduğu kimi, YAP iqtidarının da cövhəri...”x9d

Moderator.az xəbər verir ki, VİP sədri Əli Əliyev ölkədəki mövcud vəziyyəti şərh edib:

“2016-cı ilin bütün vətəndaşlarımız üçün çətin olacağı şübhə doğurmur. Artıq insanlar yeni iqtisadi şərtlərin təsiri altına düşüblər. Bütün səviyyələrdə ən populyar kəlmə devalvasiya, ən məşhur rəqəm 1.55-dir. Baş verənlərdən aydın görünür ki, cəmiyyətin hərəkətverici qüvvəsi iqtisadiyyatdır. Neft 120$-a satılanda susan əhali, bu gün narahatlığını gizlədə bilmir. Cəmiyyətin bütün spektrinə aid olanların verdiyi ən tez rastlanan sual-"Necə olacaq?" sualıdır. Hadisələr başlayan zaman "sadəlöhvcəsinə" hökümətə yazdığım məqalədə təkliflərimi irəli sürmüşdüm. 2 həftə ərzində mətbuat və sosial şəbəkələrdə müxtəlif iqtisadçı və siyasilər tərəfindən də verilən tövsiyələri diqqətlə izləyirəm. Lakin maraqlı və təəccüblüsü odur ki, hakimiyyətin davranışlarında heç bir dəyişiklik nəzərə çarpmır. Lap el misalındakı kimi- " Çax-çax başın ağrıdır, dəyirman bildiyini edir".

İki həftəlik müşahidələrdən sonra bildiyim bir qanunauyğunluq təsəvvürlərimdə netləşdi. Mövcud hakimiyyətin gücü bu illər ərzində formalaşmış iqtisadi münasibətlərdir. Ölkədə yaranmış siyasi tablo, məhz bərqərar olmuş adı çəkilən münasibətlər sisteminin inikasıdır. Divin canı şüşədə olduğu kimi, YAP iqtidarının da cövhəri tətbiq edilən feodal iqtisadi sistemdədir. Nədir bu sistemin mahiyyəti? Hakimiyyətə "təhlükə" mənbəyi Azad İnsandır. İqtisadi buxovu olmayan fərd Azad Düşüncə daşıyıcısı ola bilər. Azad İnsanlar yaşatdığı sərbəst ideyalar cəmiyyəti maarifləndirə, irəli daşıya bilər. Azad İnsan yalnız liberal bazar sisteminə malik demokratik cəmiyyətlərdə formalaşa bilər. İnkişaf etmiş bütün dövlətlərin hərəkətverici qüvvəsi belə münasibətlər, subyekti isə Azad İnsandır. Avtoritar quruluşlarda hakim kəsilən feodal düşüncə, apreore Azadlığı məvhum olaraq inkar edir, bacardıqca məhv etmək üçün əlindən gələni əsirgəmir. Biz bu feodal düşüncənin əsiriyik. Hakimiyyətin iqtisadi və maliyyə böhranı ilə əməli mübarizə aparmasını mümkünsüz görürəm. İlk devalvasiyadan bu günə 10 ay vaxt keçməsinə baxmayaraq, vəziyyətin dəyişməsi üçün konkret heç bir addım atılmayıb, atıla da bilməz. Çünki hakimiyyətin qorunması, idarə edən komandanın ümdə vəzifəsidir. İzafi neft pulları olmadıqda, vəziyyətin dəyişməsi, yəni islahatlar, normal iqtisadi müstəviyə keçidi nəzərdə tutur ki, bu da bir müddətdən sonra cəmiyyət üzərindəki iqtisadi, onun davamı ilə maliyyə nəzarətinin və nəticədə siyasi hakimiyyətin itkisinə səbəb olacağı şübhə doğurmur. Amma hakimiyyətin 2 ziyanlı seçim ssenarisinin birini seçmək məcburiyyəti vardır:

1. Ölkə normal, düşünülmüş iqtisadi islahatlara gedir, hakimiyyətlə cəmiyyət arasında konsensus əldə edilir, davamı ilə siyasi islahatlara start verilir;

2. Bu gedişat daha təhlükəli və ziyanlı perspektiv kimi dəyərləndirilməlidir. Hakimiyyət heç bir yumşaldıcı addım atmır, dünya ilə "Biz heç kəsdən qorxmuruq" fəlsəfəsi ilə davranır, cəmiyyətə sabitləşdirici alternativlər çıxarmır. Belə inkişaf xətti Dövlətin mövcudluğunu şübhə altına alan davranış ola bilər. Hakimiyyətdəki azsaylı bir təbəqə cinayətlərini ört-basdır üçün, bu trayektoriyaya meylli ola bilər. Neftin qiymətinin artım ehtimalı mövcud olmadığından, ilk növbədə Dövlətin müqəddaratına cavabdeh olanlar ciddi düşünməli, şəxsi maraqlarını kənara qoyub, ictimai çıxarları göz önünə almalıdırlar. Ölkədə ciddi və köklü iqtisadi islahatlar aparılmasa, yuvarlandığımız iqtisadi yarğandan çıxmamız qeyri-mümkündür. Bununla paralel, beynəlxalq müstəvidə yaranmış real təhlükələrə qarşı addımların da atılması suverenliyimizin qorunma şərtləridir. Neftin qiyməti bu gün 35$-dan aşağı olub. Bu ilki büdcədə qara qızılın barreli 50$-dan hesablanıb”x9d.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

8 ildən sonra İLK – Dollar kəskin UCUZLAŞDI

8 ildən sonra İLK – Dollar kəskin UCUZLAŞDI

Qırğızıstan rəsmisi çinli iş adamını rusca danışmağına peşman etdi – VİDEO

Qırğızıstan rəsmisi çinli iş adamını rusca danışmağına peşman etdi – VİDEO

Bakıda 64 yaşlı qadın dəm qazından DÜNYASINI DƏYİŞDİ

Bakıda 64 yaşlı qadın dəm qazından DÜNYASINI DƏYİŞDİ

Azərbaycanlı müğənninin ölüm xəbəri yayıldı

Azərbaycanlı müğənninin ölüm xəbəri yayıldı

Yeni ilin ilk günü bu BÜRCLƏR şad xəbər alacaq

Yeni ilin ilk günü bu BÜRCLƏR şad xəbər alacaq

Britaniyanın səfiri xalqımızı belə təbrik etdi – VİDEO

Britaniyanın səfiri xalqımızı belə təbrik etdi – VİDEO

309 tədbir, 121 görüş... – Prezidentin 2025-ci il üzrə rəsmi fəaliyyətinin STATİSTİKASI – FOTO

309 tədbir, 121 görüş... – Prezidentin 2025-ci il üzrə rəsmi fəaliyyətinin STATİSTİKASI – FOTO

KİV: “Ukraynanın növbəti prezidenti Zalujnı olacaq”

KİV: “Ukraynanın növbəti prezidenti Zalujnı olacaq”

Yeni Zelandiya 2026-cı ili belə qarşıladı – VİDEO

Yeni Zelandiya 2026-cı ili belə qarşıladı – VİDEO

Tək şifrə işlədənlərin DİQQƏTİNƏ - Sosial hesablar bir neçə saniyədə necə sındırılır?

Tək şifrə işlədənlərin DİQQƏTİNƏ - Sosial hesablar bir neçə saniyədə necə sındırılır?

Leyla Əliyevanın təşəbbüsü ilə Bakı Zooloji Parkında uşaqlar üçün bayram tədbiri – FOTO

Leyla Əliyevanın təşəbbüsü ilə Bakı Zooloji Parkında uşaqlar üçün bayram tədbiri – FOTO

88 yaşlı Hollivud ulduzunun sağlamlıq SİRRİ

88 yaşlı Hollivud ulduzunun sağlamlıq SİRRİ

Rusiya MN Putinin iqamətgahına hücum edən dronun görüntülərini yaydı – VİDEO

Rusiya MN Putinin iqamətgahına hücum edən dronun görüntülərini yaydı – VİDEO

16 ildən sonra İLK DƏFƏ

16 ildən sonra İLK DƏFƏ

Lerikdə dərəyə aşan maşının sürücüsü sükan arxasında yuxulayıbmış – DETALLAR

Lerikdə dərəyə aşan maşının sürücüsü sükan arxasında yuxulayıbmış – DETALLAR

Qusarın mərkəzi meydanında möhtəşəm Yeni il yolkası – FOTO/VİDEO

Qusarın mərkəzi meydanında möhtəşəm Yeni il yolkası – FOTO/VİDEO

Azərbaycanda təhsillə bağlı YENİ QƏRAR verilə bilər – Əgər bu olsa…

Azərbaycanda təhsillə bağlı YENİ QƏRAR verilə bilər – Əgər bu olsa…

Nəriman Həsənzadə xəstəxanadan EVƏ BURAXILDI

Nəriman Həsənzadə xəstəxanadan EVƏ BURAXILDI

Bu 20 telefon modeli olanlar “Votsap”la vidalaşsın

Bu 20 telefon modeli olanlar “Votsap”la vidalaşsın

Alyona Əliyevadan paylaşım – FOTO

Alyona Əliyevadan paylaşım – FOTO

Yanvarın maaşından bu qədər VERGİ TUTULACAQ

Yanvarın maaşından bu qədər VERGİ TUTULACAQ

XƏBƏRDARLIQ – Qar yağacaq, yolar buz bağlayacaq

XƏBƏRDARLIQ – Qar yağacaq, yolar buz bağlayacaq

Ucarda AĞIR QƏZA – Xəsarət alanlar var – FOTO

Ucarda AĞIR QƏZA – Xəsarət alanlar var – FOTO

Leyla və Arzu Əliyevalar Milli Onkologiya Mərkəzində - VİDEO

Leyla və Arzu Əliyevalar Milli Onkologiya Mərkəzində - VİDEO

End of content

No more pages to load

RADİO