Keçmiş “Dəyirman” qrupunun üzvü, repçi Elmir Teymur ailəsi ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, ABŞ-a köçən sənətçi sosial şəbəkə hesabında ailə üzvləri ilə biklikdə avtomobildə çəkdirdiyi fotosunu izləyiciləri ilə bölüşüb.
Elmir şəkilə “Ailə tətili... Hər şey yaxşıdır, pul var...” şərhini yazıb. Sözügedən fotoda repçinin həyat yoldaşı, qızı və oğlu yer alıb.
Qeyd edək ki, 2018-ci ildə “Greencard” qazanan E.Teymur ailəsi ilə bərabər okeanın o tayına köçüb.
Rəşad Əliyev, Bizim.Media