Anar Nanəni BİABIR ETDİ: “Özünü ATV-də kanal rəhbəri kimi aparır” - VİDEO

“Hər bir insanın “maska”sını cırıb atmaq lazımdır. Onda böyük dərs olur. Nanə Ağamalıyeva bu sahəyə gələndə mən artıq Anar idim. Özü də bunu etiraf edir. Bizim sıx dostluğumuz başladı.

Şou-biznesdə iki-üç ən yaxın dostum vardısa, onlardan biri Nanə idi. Nanə bərbad görünməklə sabahlar tamaşaçının zövqünü körlayır. Vacibdir səhər bu qırmızı dodaq boyasını çəkmək, saçı “naços” edib, yuxarı hissəsinə həcm vermək və ziyafət libasında sabah efirə çıxmaq? Axı sən illərin aparıcısısan. Nanə zövqsüzlüyün pik həddidir. Bildiyiniz “bozbaşxana” və “palatka toyu”dur”. 

Bizim.Media xəbər verir ki, bu sözləri məşhur stilist və vizajist Anar Ağakişiyev qonaq olduğu “YouTube”da yayımlanan “Astar” layihəsində deyib. 

Anar aylar əvvəl ATV kanalında stilist olaraq çalışdığı zaman qalmaqal yaşadığı aparıcı Nanə Ağamalıyevadan söz açıb. 

Stilist bildirib ki, Nanə özünü ATV-də kanalın rəhbəri kimi aparır: 

“Mənə ATV-dən əməkdaşlıqla bağlı təklif gəldi. Öncədən onlara bir sıra aparıcıların adlarını çəkdim, hansı ki orada Nanə Ağamalıyevanın da adı vardı. Söylədim ki, digər aparıcılar və Nanə çətin xarakterlidirlər. Mənim əlimdə deyil, ATV-nin əli ilə onlara çəki-düzən versəniz, əməkdaşlığa razılaşaram. İclas oldu, bəzi aparıcılar az qala özündən getdi. Aparıcının biri dedi ki, necə olur ki, Anarı yanınızda (müdiriyyət – red.) əyləşdirirsiniz, biz isə burada oturmuşuq.

Aqressiv danışdılar. Öz yerimdə oturmağı təklif etdim onlara və dedim ki, harada oturmağınızdan asılı olmayaraq bu, nəticəni dəyişdirməyəcək. Siz qoyulan qaydalara riayət etməlisiniz. 

İclasda iştirak edən aparıcılar və onların arasında olan Vüsalə Əlizadə, Günay Baxşəliyeva da deyilənlərə riayət etdilər. Çalışdığım dönəmdə onlar efirdə çox gözəl görünürdülər, bir tək Nanə Ağamalıyevanı çıxmaq şərti ilə. Nanəyə zəng edib dedim ki, biz dostuq və əgər sən mənə kapriz etsən, başqa aparıcılar başımda turp əkər. Söylədi ki, narahat olma. Müdiriyyət dedi ki, Nanənin saçları kəsilməlidir. Mən də bunun tərəftarı idim. Nanə kaprizlər etməyə başladı.

Orada çalışan qrim ustasına efir makiyajını öyrətdim. Bir xanım da var idi, aparıcıların geyimi ilə məşğul olurdu. Amma Nanə paltarları geyinmədi və qrimerları da yaxınına buraxmadı. Hamıya köbüdluq edib, nalayiq ifadələr səsləndirirdi. 

ATV-nin işçisi mən çalışdığım müddətdə işçim sayılırdı. Nanə ona hücüm çəkmişdi. Mən də həmin hadisəni videoya çəkmişdim ki, əlimdə sübüt olsun. Nanə özünü elə aparır ki, sanki kanal rəhbəridir. Əgər bu sözlərimə görə, ATV məni qara siyahıya atsa, heç vecimə də deyil.

Əgər Nanənin reytinqi yüksəkdirsə, qalxıb birbaşa müdİriyyətin otağında otursun. 

Bütün digər aparıcılar aşağıya düşüb makiyaj olunurlar. Onlardan fərqli olaraq isə Nanənin böyük, geniş otağı var. Onu öz otağında bəzəyirlər. Əgər Nanə ulduzdursa, Xoşqədəm Hidayətqızı neyləsin? Xoşqədəmin nə reytinqi, nə də ki ulduzluğu heç də Nanədən geri qalmır. Əksinə yüksəkdir, hətta üstəgəl onun fəxri adı da var. Amma Xoşqədəmə nə geyim verilirsə, onu da geyinir. Əgər buna ulduz deyiriksə, onda Xoşqədəm meqa ulduzdur”. 

Ağakişiyev müsahibəsindıə Ağamalıyevanın “yoxsulluq” kompleksinin olmasını və çox təhlükəli insan olduğunu vurğulayıb: 

“Nanənin içində özü ilə bağlı çox böyük problemləri var. Onun çox böyük kompleksləri var - uşaqlıqdan gələn “yoxsulluq” kompleksi. Özündən böyük insana “Çıx bayıra!” deyə kobud cavab verir. Onlara “sən” deyə müraciət edir. Onda əvvəldən gələn travma var. Bu mənim şəxsi fikrimdir. Yaxın dostum öz geyimini hədiyyə versə götürərəm, ya geyinərəm, ya da hədiyyə olaraq saxlayaram. Amma ona hədiyyə etsələr, bunu o travma kimi, alçaltmaq kimi qəbul edər. Mən o adama içimi tökdüm, müdiriyyətə də dedim ki, bu adamla işləyə bilmərəm.

Bizi üz-üzə gətirdilər ki, Nanə razıdır sizinlə çalışmağa. Amma mən həmin videonu ortalığa qoyub dedim ki, çalışmaq istəmirəm. Bundan sonra Nanə ilə dostluğum bitdi. O mənim üçün saatlı təhlükəli bombadır. Əlimdə olsa, onu efirdən yığışdırardım. Bir insan kamera arxası başqa, kamera önündə isə başqadırsa, o çox təhlükəli insandır”.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yeni ilin ilk günü BÜRCLƏRƏ nə vəd edir?

Yeni ilin ilk günü BÜRCLƏRƏ nə vəd edir?

İsveçrədə DƏHŞƏTLİ PARTLAYIŞ – Ölən və yaralananlar var – VİDEO

İsveçrədə DƏHŞƏTLİ PARTLAYIŞ – Ölən və yaralananlar var – VİDEO

Öskürəkdən əziyyət çəkənlərə XƏBƏRDARLIQ – Bu içkilərdən UZAQ DURUN!

Öskürəkdən əziyyət çəkənlərə XƏBƏRDARLIQ – Bu içkilərdən UZAQ DURUN!

Hər gün kitab oxumağın 6 FAYDASI

Hər gün kitab oxumağın 6 FAYDASI

61 il eyni məktəbdə çalışan müəllim Rekordlar Kitabına DÜŞDÜ

61 il eyni məktəbdə çalışan müəllim Rekordlar Kitabına DÜŞDÜ

Millimizin futbolçusu və həndbol yığmamızın üzvü nişanlandı – FOTO

Millimizin futbolçusu və həndbol yığmamızın üzvü nişanlandı – FOTO

Kürdəmirdə AĞIR QƏZA – Xəsarət alanlar var – FOTO/VİDEO

Kürdəmirdə AĞIR QƏZA – Xəsarət alanlar var – FOTO/VİDEO

İtkin düşən beş nəfər bayram günü TAPILDI

İtkin düşən beş nəfər bayram günü TAPILDI

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Orban: “ABŞ 2026-cı ildə Rusiya ilə sülh müqaviləsi bağlaya bilər”

Orban: “ABŞ 2026-cı ildə Rusiya ilə sülh müqaviləsi bağlaya bilər”

Evini kirayə verənlərə ŞAD XƏBƏR

Evini kirayə verənlərə ŞAD XƏBƏR

Tramp Yeni ildə özünə nə söz verib? – VİDEO

Tramp Yeni ildə özünə nə söz verib? – VİDEO

Afrika Millətlər Kuboku: 1/8 finalın cütlükləri və oyunların TƏQVİMİ

Afrika Millətlər Kuboku: 1/8 finalın cütlükləri və oyunların TƏQVİMİ

Elnarə ailəsi ilə - FOTO

Elnarə ailəsi ilə - FOTO

Amsterdamda 150 illik kilsə Yeni il gecəsi YANDI – ANBAAN VİDEO

Amsterdamda 150 illik kilsə Yeni il gecəsi YANDI – ANBAAN VİDEO

Şabranda qadın meyiti tapıldı – ÖZƏL

Şabranda qadın meyiti tapıldı – ÖZƏL

Xaricdən telefon gətirmək istəyənlərin NƏZƏRİNƏ

Xaricdən telefon gətirmək istəyənlərin NƏZƏRİNƏ

İranda GƏRGİNLİK ARTIR - Etirazçılar SEPAH-a məxsus texnikaları yandırdılar – VİDEO

İranda GƏRGİNLİK ARTIR - Etirazçılar SEPAH-a məxsus texnikaları yandırdılar – VİDEO

Daha bir ölkə avroya KEÇDİ

Daha bir ölkə avroya KEÇDİ

Trampdan Putinə AĞIR ZƏRBƏ – Rusiyanın yalanını belə İFŞA ETDİ – FOTO

Trampdan Putinə AĞIR ZƏRBƏ – Rusiyanın yalanını belə İFŞA ETDİ – FOTO

Qadınların pensiya yaşı artırılacaq – BU TARİXDƏN

Qadınların pensiya yaşı artırılacaq – BU TARİXDƏN

Azərbaycanda ən çox turist bu əraziləri seçir - AÇIQLAMA

Azərbaycanda ən çox turist bu əraziləri seçir - AÇIQLAMA

Ət bazarında canlanma: Qiymətlər UCUZLAŞACAQ? - VİDEO

Ət bazarında canlanma: Qiymətlər UCUZLAŞACAQ? - VİDEO

2026-cı ilin ilk dəqiqələrində şəhərin mərkəzində evlilik təklifi – VİDEO

2026-cı ilin ilk dəqiqələrində şəhərin mərkəzində evlilik təklifi – VİDEO

End of content

No more pages to load

RADİO