Aparıcı Zaur Baxşəliyev ailə üzvlərini üzə çıxarıb.
Bizim.Media xəbər verir ki, aparıcı anası Dilavər Baxşəliyevanın evindən sosial şəbəkə hesabında canlı yayım açaraq, ilk dəfə həkim bacısı Nərgiz ilə həmsöhbət olub.
Aparıcı N. Baxşəliyevanın həkim nefroloq olduğunu dilə gətirib. Onun Respublika Diaqnostika Mərkəzində çalışdığını vurğulayıb. Zaurun həyat yoldaşı Günay isə qızı Dilavərin baldızı Nərgizə oxşarlığından söz açıb.
Zaur, həmçinin canlı yayımda bacısı uşaqlarının görüntülərini nümayiş etdirib. O bildirib ki, bacısı qızı diş həkimidir.
Rəşad Əliyev, Bizim.Media