12 il əvvəl Azərbaycanı “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində təmsil edən müğənni Safura Əlizadə qayınatası, mərhum keçmiş energetika naziri Natiq Əliyevlə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, sənətçi N. Əliyevi doğum günündə fotosunu paylaşaraq, onu anıb.
“Əziz atamızın, babamızın xatirəsini dərin hörmət və ehtiramla yad edirik”, - deyə Safura yazıb.
Qeyd edək ki, Safura Əlizadə 9 il əvvəl Bodrumda N.Əliyevin oğlu Fərhad Əliyevlə ailə qurub.
Safura-Fərhad cütlüyünün Ayşə adlı bir qızı, İskəndər və Natiq adlı iki oğlu var.
Rəşad Əliyev, Bizim.Media