Flora Kərimovanın Londonda yaşayan qızı: "Ona nəsə olsa, dünyam alt-üst olacaq" - VİDEO

"Flora Kərimova sevgi dolu və fədakar insandır. Ana kimi də çox qayğıkeşdir. Mən və qardaşım onun istisinə yığışmışıq. Bizim üçün çox çətindir. Anam Bakıda, qardaşım Almaniyada, mən isə Londonda yaşayıram. Flora Kərimovanı sevən, ona dua oxuyan 8 milyon insan var. Biz onları əvəz edə bilmərik və o Bakıda qalmağı seçdi. Məncə çox düzgün qərardır"

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimovanın qızı Zümrüd Şəfiyeva "Günaydın Azərbaycan!" səhər şousuna müsahibəsində deyib.

81 yaşlı sənətkarın qızı bildirib ki, anasının arzularından biri yenidən nənə olmaq olub

"Flora xanım nəvəsi Loren ilə görüşə o qədər yorğun gəldi ki... Görüşdən əvvəl isə o bir neçə gün yatmadı. Bu da yəqin ki, həyacandan oldu. Flora xanım çox yoruğun idi. Amma anam işıq saçırdı. Oğlan nəvəsi Lorenə baxıb gözü dolmuşdu. Flora xanımın iki arzusu vardı. Bir arzusu Qarabağla bağlı idi. Nə gözəl ki, o arzusu yerinə yetdi. Digər arzusu isə növbəti dəfə nənə olmaq idi".

Atasından söz açan Zümrüd onunla bağlı xatirələrini bu cür ifadə edib:

"İstəyirəm ki, övladım xoşbəxt olsun. Oğluma sağlam vicdan arzu edirəm. Atamı itirəndə çox gənc idim. Uşaq idim desəm daha düzgün olar. Atam haqda müxtəlif insanlardan eyni sözləri eşitmişəm. Eşitmişəm ki, olduqca alicənab, nazik xasiyyətli, düşüncəli insan olub".

"Birdən Flora Kərimovaya bir şey olsa və Zümrüd Bakıda olmasa. Özünüzü bağışlaya biləcəksiniz?" sualına sənətkarın qızının reaksiya belə olub:

"Bu sualı cavablandırmaq və bu haqda düşünmək belə ət ürpəşdiricidir. Özüm də bilmirəm həmin an ağlımdan, qəlbimdən nə keçəcək. Bircə onu bilirəm ki, daxili dünyam alt-üst olacaq. Elə bir vicdan və tərbiyə sahibiyik ki, zamanında olmasa da, nə vaxtsa səhvimizi anlayıb, etməməyə çalışırıq. Belə bir şey varsa, əziz anam, bağışla bizi".

Z. Şəfiyeva bildirib ki, anası tərəfindən ona mərhum Xalq artisti İlhamə Quliyeva ilə danışmaq qadağası qoyulmayıb:

"Heç bir zaman anam bizə söyləməyib ki, mən filan insanla danışmıramsa, sizdə danışmayın. Əksinə, hər şeyə rəğmən insanlara hörmətlə yanaşmışıq. İlhamə Quliyevaya da həmçinin. Allah ona rəhmət eləsin".

Xalq artistinin qızı müsahibəsinin sonunda Bakıya gələcəyi vaxtı da açıqlayıb:

"Bakıya növbəti gəlişimi övladımın bir yaşına planlaşdırmışam. O da ki, mayın 19-na təsadüf edəcək. O zaman isə Vətənimdə olmaq istəyirəm". 

Qeyd edək ki, Xalq artisti Flora Kərimovanın qızı 42 yaşlı Zümrüd Şəfiyeva 2006-cı ildə ailə quraraq Londona köçüb. Daha sonra İngiltərə vətəndaşlığını alaraq Siti London Univerisitetinin Psixologiya fakültəsində oxuyub. Hazırda Londonda yaşayır və doktorantura pilləsi üzrə təhsil almağa hazırlaşır.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Qeysəriyyə əməliyyatından sonra qadının ölməsi ilə bağlı YENİ DETALLAR

Qeysəriyyə əməliyyatından sonra qadının ölməsi ilə bağlı YENİ DETALLAR

Yaponiyada yuxu yarışması keçirildi – Mükafat 14 min dollardır

Yaponiyada yuxu yarışması keçirildi – Mükafat 14 min dollardır

Ağsuda 40 yaşlı kişi qayınanasını döydü

Ağsuda 40 yaşlı kişi qayınanasını döydü

Britaniya Avropa İttifaqına geri qayıdır? - Baş nazirdən gözlənilməz AÇIQLAMA

Britaniya Avropa İttifaqına geri qayıdır? - Baş nazirdən gözlənilməz AÇIQLAMA

"Gündəlik Bakı" qəzetinin baş redaktoru barəsində QƏRAR

"Gündəlik Bakı" qəzetinin baş redaktoru barəsində QƏRAR

Arda Güler dünyanın ən dəyərli 19-cu futbolçusu oldu - SİYAHI

Arda Güler dünyanın ən dəyərli 19-cu futbolçusu oldu - SİYAHI

Yüksək vəzifəyə təyin olunan Oqtay Gözəlov kimdir? – DOSYE

Yüksək vəzifəyə təyin olunan Oqtay Gözəlov kimdir? – DOSYE

Bolqarıstan sahillərində iki Türkiyə gəmisinə dron hücumu: Biri batıb – VİDEO

Bolqarıstan sahillərində iki Türkiyə gəmisinə dron hücumu: Biri batıb – VİDEO

1923-cü ildə rus tacirlər Şərqi Anadoludan 10 min pişik almaq istəyib

1923-cü ildə rus tacirlər Şərqi Anadoludan 10 min pişik almaq istəyib

Kamçatkada helikopter sərt eniş etdi

Kamçatkada helikopter sərt eniş etdi

Nazir şöbə müdirini vəzifədən azad etdi

Nazir şöbə müdirini vəzifədən azad etdi

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul etdi - FOTO

İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul etdi - FOTO

Qubada əməliyyat: 2 nəfər HƏBS EDİLDİ

Qubada əməliyyat: 2 nəfər HƏBS EDİLDİ

Aylıq sosial müavinət alanlarla bağlı yeni XƏBƏR VAR

Aylıq sosial müavinət alanlarla bağlı yeni XƏBƏR VAR

Məktəb bufetində zərərli qida satılırsa... – Direktor məsuliyyətə CƏLB OLUNACAQ?

Məktəb bufetində zərərli qida satılırsa... – Direktor məsuliyyətə CƏLB OLUNACAQ?

Sevinc Osmanqızının mənəvi faciəsi...

Sevinc Osmanqızının mənəvi faciəsi...

ISW: Ukrayna ordusu Volçansk yaxınlığında Rusiya qoşunlarını geri oturtdu

ISW: Ukrayna ordusu Volçansk yaxınlığında Rusiya qoşunlarını geri oturtdu

İstanbulda 7 şagirdi yaralayan qız belə ələ keçirildi – FOTO-VİDEO

İstanbulda 7 şagirdi yaralayan qız belə ələ keçirildi – FOTO-VİDEO

Sumqayıtda kanalizasiya xəttinə görə qazılan yol niyə bərpa olunmur? – VİDEO

Sumqayıtda kanalizasiya xəttinə görə qazılan yol niyə bərpa olunmur? – VİDEO

Türkiyə Ukraynaya Korkut hava hücumundan müdafiə kompleksi verib?

Türkiyə Ukraynaya Korkut hava hücumundan müdafiə kompleksi verib?

Moskva vilayətinə dron hücumu: Ölən və yaralananlar var - VİDEO

Moskva vilayətinə dron hücumu: Ölən və yaralananlar var - VİDEO

ADNSU-nun müəllimlərinə Beynəlxalq Müəllimlər Günü münasibətilə yüksək məbləğdə mükafat verildi – FOTO

ADNSU-nun müəllimlərinə Beynəlxalq Müəllimlər Günü münasibətilə yüksək məbləğdə mükafat verildi – FOTO

End of content

No more pages to load

RADİO