On il əvvəl boşandığı həyat yoldaşı İlham Qafarovun adını eşidən Əməkdar artist Lalə Məmmədova əsəbiləşib.
Bizim.Media xəbər verir ki, “Space maqazin” verilişinin müxbirinin “Müsahibələrinizdə, mahnıların seçimində həyat yoldaşınızla məsləhətləşirsiniz” sualı sənətçinin etirazına səbəb olub.
Lalə “Həyat yoldaşım 10 ildir ki, yoxdur, indi onun adını niyə çəkirsiniz?” deyərək müsahibəni yekunlaşdırıb.
Qeyd edək ki, Lalə Məmmədova İlham Qafarov adlı şəxslə 2004-cü ildə ailə qurub. Cütlük 2013-cü ildə boşanıb. Onların Nərgiz və Çinarə adında iki qızları var. Bir müddət əvvəl Lalə müsahibələrinin birində eşq yaşadığını etiraf edib.
Rəşad Əliyev, Bizim.Media