Xəbər verdiyimiz kimi, Rusiyanın Xalq artisti Filipp Kirkorov uzun müddətdir ki, övladları ilə birlikdə Dubaydadır.
Bizim.Media xəbər verir ki, musiqiçi Dubayda keçirilən "Parus" festivalında çıxış edərək rusların ölkəyə girişini qadağan edən və Rusiyaya qarşı sanksiyalar tətbiq edən ölkələri tənqid edib.
“Onlar bunu xatırlamağa utanacaqlar, amma mən gülümsəyib hamını bağışlayacağam. Biz isə bağışlayacağıq, çünki biz səxavətli və mərhəmətliyik, çünki biz rus xalqıyıq", - deyə Kirkorov bildirib.
Rəşad Əliyev, Bizim.Media