"Həmin Zaur" axşam şousunun çəkilliş heyəti Xalq artisti Arif Babayevin evinə yollanıb.
Bizim.Media xəbər verir ki, xanəndə bir neçə gün əvvəl yayılan ölüm xəbərindən söz açıb.
"Yaxşıyam, hər şey qaydasındadır. Dizlərimdə bir az ağrı var, amma yaxşıyam. Qələm əhlinə hörmətim var. Amma şəklimi götürüb divara vur ki, rəhmətə gedib. Qohumlarım, sevənlərim var. Hamısı ağlayır. Biri rayonda, biri xaricdədir. Bir həkim var, ağrıyan yerlərmi sağaltdı. Evdə xanımımla yaşayırıq. Balalarım, nəvələrim gəlir. Onlarsız yaşaya bilmərəm", - deyə A.Babayev bildirib.
Rəşad Əliyev, Bizim.Media