Türkiyənin 3 ilə qədər həbsi istənilən müğənnisi Gülşən hakim qarşısına çıxıb.
Bizim.Media türk mətbuatına istinadən xəbər verir ki, bu gün İstanbul 11-ci Ağır Cəza Məhkəməsində “ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək” ittihamı ilə mühakimə olunan Gülşənin ilk iclası keçirilib.
İclasda müdafiə çıxışı edən Gülşən ona qarşı irəli sürülən cinayəti törətmədiyini bildirərək bəraət hökmünün çıxarılmasını istəyib.
Gülşənin bəraət tələbi rədd edilib.
Müğənninin imzası ilə bağlı məhkəmə nəzarəti tədbiri götürülsə də, xaricə çıxış qadağası davam edir.
Proses dekabrın 21-dək təxirə salınıb.
Rəşad Əliyev, Bizim.Media