2 hürr və 9 milyon girov



Rəssam! Çək bu lövhəni

Maraqlı mənzərədir:

Qul gözətçi önündə

Azad bir dustaq gedir”x9d

Xəlil Rza Ulutürk


 

Artıq bir neçə aydır ki,  Şuşa türməsində saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin erməni girovluğundan azad edilməsi istiqamətində aparılan danışıqlar davam edir. Azərbaycan tərəfinin göstərdiyi bütün səylərə rəğmən hər iki soydaşımızı girovluqda saxlamaqda davam edən rəsmi İrəvan, bununla 9 milyonluq xalqa göz dağı vermək, onu mənəvi-psixoloji baxımdan sarsıtmaq niyyətindədir.

Bu gün hər kəs erməni girovluğundakı soydaşlarımızın azad edilməsi zərurətindən, beynəlxalq təşkilatların bu məsələdə yetərincə dirəniş ortaya qoymamasından danışır. Halbuki, əslində azad edilməsi gərəkən onlar yox, bizik. Çünki Dilqəm və Şahbaz işğaldakı torpaqlara ürəklərindəki ölüm qorxusunu yenərək, ölümə meydan oxuyaraq getdilər. Biz isə hələ də aşa bilmədiyimiz, keçə bilmədiyimiz bu qorxunun əsiriyik.

Dilqəm və Şahbaz bu gün də əllərindəki qandallara, onları əhatə edən  qəzəbli gözlərə, kinli baxışlara rəğmən doğma torpaqlarda, doğma səma və ulduzlar altındadır. Biz isə yenə də o torpaqlara kol-kos dalından, qəzet səhifələri və televiziya ekranı arxasından, qorxa-qorxa, hürkə-hürə baxırıq.

Dilqəm və Şahbaz bu torpağın doğrudan da uğurunda ölünəcək qədər qiymətli olduğunu həyatlarını riskə qoyaraq sübut etdi. Biz isə bu dəyəri torpaq və vətən haqqındakı pafoslu nitqlərimizdə, dərin məntiq və sanballı ifadələrlə zəngin yazılarımızda əks etdiririk. Başqa sözlə desək, biz içimizdəki qorxunu, ruhumuzdakı cəsarətsizliyi sözün gücü və ecazı arxasında gizlətməyə çalışırıq.

Dilqəm və Şahbaz azadlığın fiziki anlamdan daha çox ruh və düşüncə  baxımından mühüm önəm kəsb etdiyini ortaya qoydu. Onlar sübut etdilər ki, insanın ələ qandallı olması, gecəsini-gündüzünü zindanda keçirməsi hələ onun əsir olması demək deyil. Onlar sübut etdilər ki, əli bağlı bir dustaq, alnında və ya kürəyində avtomat lüləsinin soyuq təmasını hiss edən bir girov ruh və əqidə baxımından azaddırsa, o, qolundakı zəngirlər, ətrafındakı süngülərlə də azaddır.

Dilqəm və Şahbaz nümunəsi sübut etdi ki, bir insan və ya toplum öz qorxusuna yenikdirsə onu girov etmək üçün əlinə qandal, ayağına zəngir vurmağa ehtiyac yoxdur. Çünki o, qandalsız, zəngirsiz də girovdur.

Dilqəm və Şahbaz olayı sübut etdi ki, əsl girov onlar yox, qolu qandalsız, ayağı zəngirsiz dolaşsa da öz qorxaqlığına, miskinliyinə, çarəsizliyinə əsir olan 9 milyonluq xalqdır. O xalq ki, o, yalnız içindəki bu qorxuya deyil, həm də onu bütün demokratik azadlıqlardan məhrum edən mövcud idarəetmə sisteminin doğurduğu qorxuya yenikdir və bu baxımdan ikiqat girov sayılır.

Biz Dilqəm və Şahbazın azadlığından öncə daxilindəki qorxuya təslim olan çoxmilyonluq kütlənin azadlığı haqqında düşünməli, ilk növbədə buna nail olmalıyıq. Biz özündə cəsarət, ruhunda təpər tapan hər kəsin bu qorxunu yenməsinə nail olmalıyıq. Əgər xalq azad olarsa, onu daxildən yeyib-bitirən qorxularla vidalaşarsa, o zaman yalnız Dilqəm və Şahbaz deyil, erməni girovluğundakı yüzlərlə, minlərlə soydaşımız da azadlığa qovuşar. Çünki bu gün erməni girovluğundakı soydaşlarımız bu xalqın bir parçasıdır və özü azad olan bir xalq onun bir hissəsi olan insanların girovluğuna əsla dözə, göz yuma bilməz.

Bu gün isə mövcud mənzərə təəssüf ki, belədir: 2 hürr və 9 milyon girov.

 

Seymur Əliyev

e-mail: [email protected]

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar – SİYAHI

Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar – SİYAHI

Şagirdlərimiz beynəlxalq olimpiadada medal qazandı - 3 gümüş, 3 bürünc – FOTO

Şagirdlərimiz beynəlxalq olimpiadada medal qazandı - 3 gümüş, 3 bürünc – FOTO

Valideynlərin NƏZƏRİNƏ! Məktəbəqədər təhsildə YENİ MODEL tətbiq ediləcək

Valideynlərin NƏZƏRİNƏ! Məktəbəqədər təhsildə YENİ MODEL tətbiq ediləcək

Müdafiə Sənayesi və İqtisadiyyat nazirliklərinə yeni SƏLAHİYYƏTLƏR VERİLDİ

Müdafiə Sənayesi və İqtisadiyyat nazirliklərinə yeni SƏLAHİYYƏTLƏR VERİLDİ

Bu qidalar asılılıq yaradır

Bu qidalar asılılıq yaradır

Xəzər rayonunda açıq ərazidə yanğın BAŞLADI - VİDEO

Xəzər rayonunda açıq ərazidə yanğın BAŞLADI - VİDEO

Peskov: “Danışıqlara hazırıq” – VİDEO

Peskov: “Danışıqlara hazırıq” – VİDEO

Elektron siqaretlərlə bağlı YENİ FƏRMAN

Elektron siqaretlərlə bağlı YENİ FƏRMAN

Bəzi şəxslərə orta aylıq maaşın 4 misli miqdarında müavinət ÖDƏNİLƏCƏK

Bəzi şəxslərə orta aylıq maaşın 4 misli miqdarında müavinət ÖDƏNİLƏCƏK

Yasamalda ev sahibi olmaq istəyənlərin diqqətinə: "Park Yasamal"da mənzil seçimi daha genişdir!

Yasamalda ev sahibi olmaq istəyənlərin diqqətinə: "Park Yasamal"da mənzil seçimi daha genişdir!

Avropada və Türkiyədə mövcuddur – Ölkəmizdəki taksi sürücüləri də tətbiq olunmasını İSTƏYİR

Avropada və Türkiyədə mövcuddur – Ölkəmizdəki taksi sürücüləri də tətbiq olunmasını İSTƏYİR

Komitə sədri: “Vahid geyim yanaşması təhsil mühitində peşəkar atmosferin mühüm elementlərdən biridir”

Komitə sədri: “Vahid geyim yanaşması təhsil mühitində peşəkar atmosferin mühüm elementlərdən biridir”

AMEA-nın əməkdaşının antik yunan fəlsəfəsinə dair kitabı NƏŞR OLUNDU – FOTO

AMEA-nın əməkdaşının antik yunan fəlsəfəsinə dair kitabı NƏŞR OLUNDU – FOTO

Mişel Obama Barak Obamanı göz yaşlarına boğdu – FOTO

Mişel Obama Barak Obamanı göz yaşlarına boğdu – FOTO

SON DƏQİQƏ! Moskvaya yenidən dron hücumları başladı – VİDEO

SON DƏQİQƏ! Moskvaya yenidən dron hücumları başladı – VİDEO

Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ!

Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ!

Mətbəx dizaynında yeni dövr başlayır - Soyuducular gizlədilir

Mətbəx dizaynında yeni dövr başlayır - Soyuducular gizlədilir

Gömrükdə 308,30 karat brilyant qaş aşkarlanıb

Gömrükdə 308,30 karat brilyant qaş aşkarlanıb

Məktəblərdə vahid geyim yanaşması ilə bağlı layihə ilk oxunuşda QƏBUL EDİLDİ

Məktəblərdə vahid geyim yanaşması ilə bağlı layihə ilk oxunuşda QƏBUL EDİLDİ

"Cənub" restoranında nöqsanlar aşkarlandı – FOTO

"Cənub" restoranında nöqsanlar aşkarlandı – FOTO

Gökhan Özen evlənir – FOTO

Gökhan Özen evlənir – FOTO

Lisey və gimnaziyalara qeydiyyat müddəti UZADILDI

Lisey və gimnaziyalara qeydiyyat müddəti UZADILDI

Azərbaycanın bu ölkədə Səfirliyi TƏSİS EDİLDİ – SƏRƏNCAM

Azərbaycanın bu ölkədə Səfirliyi TƏSİS EDİLDİ – SƏRƏNCAM

Sabah 39 dərəcə isti olacaq – PROQNOZ

Sabah 39 dərəcə isti olacaq – PROQNOZ

End of content

No more pages to load

RADİO