İşğalçıya bu da azdır...

Ağdam səmasında alovlara qərq olan düşmən helikopteri həm İlkinin, həm də Azərbaycanın ilki oldu. Qəhrəman əsgərimiz İlkin Muradovun içərisində 3 erməninin də gəbərdiyi döyüş helikopterini dəqiq nişan alması ürəyimizdən xəbər verdi. Bu xəbərin ardınca Qarabağ qazisi Rey Kərimoğlu ilə görüşdüm, üzü gülürdü. Döyüşçü qardaşımız son günlər ermənilərin azğınlığına görə çox narahat idi, hətta bir həftə əvvəl işğala son vermək üçün düşmən qarşısına konkret vaxt qoymağı, nəticə olmasa, bombardmanlara başlamağı təklif etmişdi... 

Virtual aləmdə çoxsaylı şərhlər sırasında Qarabağ döyüşçüsü, Azərbaycanı ikinci Vətəni sayan dəyərli İsa Yaşar Tezelin gözaydınlığı ürəyimi riqqətə gətirdi. “Təbriklər Azərbaycan əsgəri! Allah yardımçınız olsun...Sizinlə qürur duyuram...”x9d yazıb dəyərli qardaşımız. İqtidarlı-müxalifətli hər kəsin açıqlamalarında sevinc var. Müxalifdət liderlərindən olan sabiq baş nazir Pənah Hüseynin də, YAP-çı deputat Aydın Mirzəzadənin də fikirlərində bənzər sevinc notları vardı. 

Xain düşmənin bir helikopterin vurulması ilə cəmiyyətimizdəki ələmin yerini nəşə tutmağa, üzlər gülməyə başlayıb. Görün hələ böyük qələbəyə nail olsaq, əhvalımız necə dəyişər. Artıq o zaman niyə adamlarımız qaraqabaqdır, üzlər gülmür, nədən camaatımız qara paltara üstünlük verir, cəmiyyətdəki bu aqressiyanın səbəbi nədir kimi suallara yer qalmaq. Mənim fikrimcə, toplum olaraq bizim qara geyimimizin də, qaraqabaqlığımızın da ən birinci səbəbi Qarabağsızlığımızdır. 

Əslində düşmənə belə bir cavab çoxdan verilməliydi. Verilsəydi, ermənilər soyqırım törətdikləri Xocalıda aeroport tikib onun istismarı üçün fürsət gözləməzdi, xaraba qoyduqları Ağdam şəhərini hərbi təlim poliqonuna çevirməzdi. Hamısı qudurğanlıqdandır. “Arxalı köpək”x9d olmağın üstünlüyünü yaşayır düşmən. Azərbaycan təbii ki, sonuncu amili daha çox nəzərə alıb ehtiyatlı davranıb. Ancaq bu dəfə Müdafiə Nazirliyi bəyan etdiyi kimi hədlərini çox aşdılar... 

Doğrudan çox qudurmuşdular. Son günlərin statistikasına baxın: Qarabağ separatçılarının lideri Bako Saakyan başının cinayətkar dəstəsi ilə Zəngilandakı qızıl mədəninə və torpaqlarımızda tikilmiş uşaq bağçasının, Suriya qaçqınları üçün salınmış qəsəbənin açılışına qatılır; Xankəndində öz dədə-baba yurdlarına ziyarətə gedən kəlbəcərli girovlara “məhkəmə”x9d qurulur; Ermənistanla separatçı rejim işğal altındakı ərazilərimizdə ən iri, 10 günlük hərbi təlimlərə start verir; Ermənistan parlamenti Dağlıq Qarabağın “müstəqil dövlət kimi tanınmasını”x9d nəzərdə tutan qanun layihəsini gündəmə gətirir və rədd edir; atəşkəsin pozulması isə artıq adi haldır, öyrəşmişik... 

Bütün bunlara isə nə ATƏT, nə BMT, nə həmsədrlərdən reaksiya gəlməmişdi. Ancaq erməni helikopteri vurulandan dərhal sonra hərəkətə gəldilər, “narahat olduqlarını”x9d bəyanladılar. Bunlardan soruşan gərək, biz on illərdir yurd-yuvalarından didərgin düşənlər, torpağında işğalçının at oynatdığını müşahidə edənlər, elə düşmən girovluğundakı Dilqəmlə Şahbaz narahat deyildi, niyə susurdunuz?!

11 noyabrda Dağlıq Qarabağ separatçılarının başçısı quldur Saakyan hərbi təlimləri şəxsən izləmiş, tapşırıqlarını vermişdi, bəzi hərbi birləşmələrin dislokasiya yerlərində yoxlama keçirmişdi. Erməni mənbələri xəbər yaydı ki, təlimlərə 17 mindən artıq hərbi qulluqçu, 550 artilleriya qurğusu, 250 zirehli hərbi maşın, 150 hava hücumundan müdafiə sistemi, tank əleyhinə 330 texnika, 100-ü xüsusi təyinatlı olmaqla 1300 avtomobil cəlb edilib. Bu qədər silah, hərbi texnika daşınıb Azərbaycan torpağına, beynəlxalq aləm lal və kar olur, ancaq erməni İŞİD-çilərin helikopteri vurulan kimi dilləri açılır, “narahat”x9d olurlar. Görəsən, erməni pilotlar Azərbaycan mövqelərinə zərbə vurmağa fürsət tapsaydı, eyni narahatlığı eşidəcəkdikmi? Axı biz beş aydır Xankəndində işgəncə altında saxlanılan vətəndaşlarımızla bağlı həmin reaksiyanı görə bilmirik. Düşmənin 3 hərbçisinin öldürülməsi sən demə sülh üçün təhlükə yaradırmış. Bəs, yurduna getmiş Həsən Həsənovun qətli, onun iki yoldaşının girov götürülməsi necə, sülhə təhdid deyildi? 

Lakin helikopter düşmən üçün şok hadisə oldu, gözləmirdilər. Ağıllarını başlarına yığmaq üçün ciddi mesaj oldu bu olay...

 ATƏT erməni helikopterinin vurulmasını atəşkəs dövrünün “ilk ciddi hadisəsi”x9d adlandırıb. Bəs, atəşkəs dövründən əvvəl düşmənin məhv etdiyi günahsız insanlar, vurulan helikopterlər? 

Azərbaycanın rəsmi qurumlarının proseslərlə bağlı operativliyinə ehtiyac var. Budur, Avropa Birliyi Azərbaycanın hava məkanında Ermənistana aid Mi-24 helikopterinin vurulması ilə bağlı insidentin araşdırılmasına çağırıb. Əslində rəsmi Bakı dünya birliyinə bir neçə gün öncədən davamlı müraciət edib onları araşdırma aparmağa çağırmalıydı ”“ Ağdamda hərbi təlimlər üçün yerləşdirilən hərbi qüvvələrlə bağlı. Həmin qüvvələrin bu torpaqlarda nə ölümü vardı ki, hədəfə də gəlirdilər? Məsələ məhz belə qoyulmalıdır. Üstəlik də Avropa Parlamentinin qəbul etdiyi qətnamədə Ermənistandan birmənalı şəkildə Dağlıq Qarabağa əsgər göndərməmək tələb olunurdu. 

23 il əvvəl 20 noyabrda Qarakənd səmasında vurulan, içərisində qiymətli dövlət adamlarımızın da şəhid olduğu helikopteri xatırladım. 12 noyabr olayı həmin hadisəyə kiçicik də olsa, cavabdır. Konstitusiya günündə Azərbaycan əsgəri hüquqlarından istifadə edib düşmənə ilk sözünü dedi. Amma inanıram ki, davamı gələcək. Mütləq gələcək...Yəqin ki, bu xəbərə ən çox sevinənlərdəndir Dilqəmlə Şahbaz. Xankəndində soyuq divarlar arasında girov olan o iki qardaşımız yəqin günün birində şanlı əsgərimizin hücuma keçib onları da Xankəndi ilə birgə azad edəcəyini düşünür...  
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Elnarə sarımsaq, qatıq satırdı” - VİDEO

“Elnarə sarımsaq, qatıq satırdı” - VİDEO

"Temu"dan məhsul sifariş etdi, başına gəlməyən oyun qalmadı - VİDEO

"Temu"dan məhsul sifariş etdi, başına gəlməyən oyun qalmadı - VİDEO

“Sabah”dan ayrılan futbolçu “Zirə”yə KEÇDİ

“Sabah”dan ayrılan futbolçu “Zirə”yə KEÇDİ

ABŞ qüvvələri Suriyadakı hərbi bazanı TƏRK ETDİ

ABŞ qüvvələri Suriyadakı hərbi bazanı TƏRK ETDİ

Ağdamda qadın ev quşları üçün olan dərmandan ZƏHƏRLƏNDİ

Ağdamda qadın ev quşları üçün olan dərmandan ZƏHƏRLƏNDİ

Qabırğası sınan amerikalı xizəkçi olimpiadada medal QAZANDI

Qabırğası sınan amerikalı xizəkçi olimpiadada medal QAZANDI

Tramp: “İranla razılaşma əldə etməliyik, əks halda…”

Tramp: “İranla razılaşma əldə etməliyik, əks halda…”

Xalq artisti ən böyük arzusunu gerçəkləşdirdi - FOTO

Xalq artisti ən böyük arzusunu gerçəkləşdirdi - FOTO

Almaniya Ukraynaya silah verəcək - BU ŞƏRTLƏ…

Almaniya Ukraynaya silah verəcək - BU ŞƏRTLƏ…

Naxçıvanın Kənd Təsərrüfatı Nazirliyinin Əsasnaməsi DƏYİŞDİ

Naxçıvanın Kənd Təsərrüfatı Nazirliyinin Əsasnaməsi DƏYİŞDİ

“Milan” futbolçusunu İngiltərə klubuna SATDI

“Milan” futbolçusunu İngiltərə klubuna SATDI

Bəzi şəxslər sağlamlığı üçün kartof yeməməlidir - Həkimdən QADAĞA

Bəzi şəxslər sağlamlığı üçün kartof yeməməlidir - Həkimdən QADAĞA

Novxanıda ferma sahibi ilə sakinlər arasında NARAZILIQ - VİDEO

Novxanıda ferma sahibi ilə sakinlər arasında NARAZILIQ - VİDEO

ABŞ Ermənistanın Rusiyadan asılılığını azaltmaq üçün 13 milyard dollar ayıracaq - KİV

ABŞ Ermənistanın Rusiyadan asılılığını azaltmaq üçün 13 milyard dollar ayıracaq - KİV

Millimiz beynəlxalq turnirdə iştirak edəcək

Millimiz beynəlxalq turnirdə iştirak edəcək

Mələkxanım Eyubova böyük qızına AD GÜNÜ ETDİ - VİDEO

Mələkxanım Eyubova böyük qızına AD GÜNÜ ETDİ - VİDEO

Bu ölkə əhalisini Fransa ilə müharibəyə hazırlaşmağa ÇAĞIRDI

Bu ölkə əhalisini Fransa ilə müharibəyə hazırlaşmağa ÇAĞIRDI

11 yaşlı uşaq qida zəhərlənməsindən ölüb?

11 yaşlı uşaq qida zəhərlənməsindən ölüb?

Birinci Liqa: Mərkəzi oyunda qalib müəyyənləşmədi

Birinci Liqa: Mərkəzi oyunda qalib müəyyənləşmədi

Bərdədə AĞIR QƏZA: Bir nəfər ölüb, iki yaralı var - FOTO

Bərdədə AĞIR QƏZA: Bir nəfər ölüb, iki yaralı var - FOTO

Moskva hava limanlarında təxminən 50 reys GECİKİR - VİDEO

Moskva hava limanlarında təxminən 50 reys GECİKİR - VİDEO

"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet SATILIB?

"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet SATILIB?

Bakı avtovağzalının qarşısında müəlliməni öldürən şəxsə HÖKM OXUNDU

Bakı avtovağzalının qarşısında müəlliməni öldürən şəxsə HÖKM OXUNDU

"Neftçi" - "Qarabağ" oyunu TƏXİRƏ SALINDI

"Neftçi" - "Qarabağ" oyunu TƏXİRƏ SALINDI

End of content

No more pages to load

RADİO