Diqqət Xankəndinə!

Əslində dünyada ədalət olsaydı, biz sərbəst şəkildə Azərbaycanımızın Bakının 385 km-liyindəki parçasına, Xanın yurduna sərbəst gedə bilərdik. Ancaq ədalətsizliklərin boğaza dirənməsi səbəbindən torpaqlarımıza əlimiz çatmır. 

Ancaq əlimizdə silah gedə bilmiriksə də, hansısa fərqli statusda 27 oktyabrdan kəlbəcərli girovlarla bağlı qurulan “məhkəmə”də Azərbaycan adına kimimizinsə olması vacibdir - Dilqəm Əsgərovla Şahbaz Quliyevə dayaq durmaq üçün. 

Məncə, artıq Azərbaycandan bu prosesdə kiminsə iştirakının məhkəmənin legitimliyinin tanınması kimi dəyərləndirilməsinin yeri deyil. Xankəndinə getmək lazımdır. Hansı formada olursa-olsun...

Öz dədə-baba yurdlarını ziyarət edərkən girov götürülən iki əzizimizin foto və videokadrlarına yaxşı baxın. Bu dörd ayda düşmən əlində olduqları zatən dərhal sezilir. Üstəlik, onların sifət cizgilərində çox dəhşətli günlərin nişanələri var. Məhkəmə oyunbazlığına sədrlik edən Anatoli Tadevosyanın yanaqlarından sallanan ət parçaları isə Dilqəmlə Şahbazın torpaqlarında yeyib-harınlamağın bariz nümunəsidir. 

“Kürdoğlu, salam. Məndən nigaran qalmayın. Oğlum, Bakıda çox qalma. Yerim istidir. Gündə 3 dəfə yemək verirlər. Heç bir problem yoxdur”. Bu sözləri Dilqəm Əsgərov oğlu Kürdoğluya 3 həftə əvvəl yazmışdı.  Onda oğlu Beynəlxalq Qırmızı Xaç Komitəsinin gətirdiyi məktuba inanmayaraq atasının videosunu istəmişdi. Budur, Dilqəm kişinin durumu gözümüz qabağındadır. “Fəryad” filmindəki kadrı katırlatdı mənə Dilqəm və Şahbazın son görüntüləri. Dağ boşda kişilər yumağa dönüb”¦ 


Dünən Kürdoğlunun çarəsizlikdən doğan fikirlərini oxudum. “Atamın vəziyyəti çox pisdir. Bir dəri qalıb, bir sümük. Hara baxır beynəlxalq təşkilatlar? Nə istəyirlər? İstəyirlər öldürsünlər?”, - deyib. 

Nə mümkünsə etmək, onların xilasına nail olmaq lazımdır. Bu, həm də Qarabağımızı xilas etməyimizin bir testi olar, ümidimizi artırar. Necə ki, “Qarabağ”ın futbol qələbəsinə sevinirik, bizə təsəlli olur, bu da eləcə...


Kəlbəcərdə oğlu naməlum şəraitdə ölmüş erməni qadın Karine Çakalyan oğluna görə girovluqdakı azərbaycanlıları öldürməyi tələb edib. Qaniçən qadın iddia edib ki, iyulun 15-də meyiti tapılmış Smbatı kəlbəcərlilər qətlə yetirib. Üstəlik, onların üzərinə iyulun 11-də Vardenis rayonunda öldürülmüş Sarqis Abramyanın və Karine Davtyanın qətlini yıxırlar. Az qalır ermənilər Şahbazla Dilqəmi “soyqırım”da da ittiham etsinlər. 


Erməni məkrinə baxın, “qətl”də suçladıqları girovları məhkəmə zalında “vəkil” Arkadi İsraelyanla yanaşı oturtmuşdular, dəmir qəfəsə salmadan. Bununla guya “ədalətli” olduqlarını göstərmək istəyirlər.

Şübhəsiz ki, Bakı məsələyə biganə deyil. Ancaq kəlbəcərli girovlar məsələsi siyasətin prioritetlərindən birinə çevrilməsi lazımdır. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, rəsmi Bakı bunu məhkəmə prosesi adlandırmır, girovların azad edilməsi istiqamətində addımlar atılır, beynəlxalq təşkilatlara müraciət edilib və ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri qarşısında da məsələ qaldırılıb. Amma əgər Xankəndindəki məhkəmənin ilk günü müraciət olunan ünvanlardan bir nümayəndəni görmədiksə, deməli, müraciətlərlə iş bitməməlidir. 

İctimai səviyyədə də bir sıra addımlar atılıb, hətta Rusiya vətəndaşı olan Dilqəm Əsgərovla bağlı Putindən yardım istənilib. Bu kimi müraciətlər, çağırışların da çox olması lazımdır. İqtidarlı-müxalifətli-QHT-li hər kəs bu girovlara diqqətli olmalıdır. Ramil Səfərovu xilas etdiyimiz kimi bu iki fədakar insanımızı da millət və dövlət olaraq sağ-salamat geri almalıyıq.  


Azərbaycan bütün istiqamətlərdən hücuma keçməlidir. Avropa Parlamenti iki qətnaməsində Ermənistan çağırışçılarının Qarabağa hərbi xidmətə göndərilməsini dayandırmağa çağırmışdı. İndi o çağırışçılar, yad ölkənin əsgərləri dədə-baba məzarlarını ziyarətə gedən yurd sahiblərinə məhkəmə qurur. Bu, davamlı şəkildə dünyanın diqqətinə çatdırılmalıdır.

Türkiyənin baş naziri Əhməd Davudoğlunun kəlbəcərli girovların məhkəməsi ərəfəsində erməni jurnalist Etyen Mahçupyanı baş müşaviri (!) təyin etməsi anlaşılmaz oldu. Erməni milli məsələlərlə, məntiqlə həm də azərbaycanlıların məsələsi ilə məşğul olacaq. Bəlkə Etyenə Davudoğlunun ilk tapşırığı Xankəndində qurulan məhkəmə ilə bağlı olsun? Olmazmı baş nazir müşavirinə bu məhkəmə prosesini nəzarətə almasını və günahsız insanların azadlığına nail olmaq üçün cəhd göstərməsi tapşırığını versin? Türkiyə hökumətinin bu boyda jesti qarşılığında qoy erməni də kişiliyini göstərsin, əgər varsa... Ermənilər 2015-ci ilin aprelinə həm də bu məhkəmə şousu ilə gedir, Türkiyə hökuməti unutmasın. Erməni üçün fərqi yoxdur: iki türkü mühakimə edir.

Tanınmış vəkil Bəhruz Bayramov bu arada diqqətçəkən təşəbbüslə çıxış edib. O, Xankəndində qondarma ittihamlarla məhkəmə qarşısına çıxarılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarını müdafiə etmək üçün Xankəndinə getmək üçün rəsmi qurumlarımızdan icazə istəyib. Anlaşılandır, çətin məsələdir, ancaq hansısa təşəbbüs varsa, bu da təqdir olunmalı, sonadək cəhdlər göstərilməlidir. Kəlbəcəri çəkib bizə gətirən oğullar indi Azərbaycandan kömək gözləyir. Rəvadırmı susaq?

  
Dağlıq Qarabağın azərbaycanlı icması da bu prosesdə hansısa formada iştirak edə bilər. Lap erməni tərəfinin razılığını almaq bahasına belə. Nə etməli? Reallıqları nəzərə almaq lazımdır. Bütün hallara Dilqəmlə Şahbazı orda yağıların əhatəsində tək qoymaq olmaz. Bu fədakar insanlarımız görməlidir ki, tək deyillər. Məhkəmə şousunun sonunda onlar haqqında edam cəzası çıxarılarsa, onda atılacaq hər hansı addım gec olacaq. 

Bu günlərdə düşmənin yuxusuna haram qatmaq lazımdır. Necə ki, Dilqəmlə Şahbaz girov götürüləndən sonra Qarabağda məcburi məskunlaşdırılan ermənilərin yuxusu qaçmışdı, “türklər qayıdır” deyə təlaşa düşmüşdülər. Kəlbəcərin yolunu-izini tanıyan təkcə bu iki nəfər deyil ki... 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlk dəfə elektron qaydada eksternat imtahanları KEÇİRİLDİ

İlk dəfə elektron qaydada eksternat imtahanları KEÇİRİLDİ

Millimizin üzvü Serbiya KLUBUNDA

Millimizin üzvü Serbiya KLUBUNDA

Kişilərin daha az yaşamasının səbəbi nədir - ARAŞDIRMA

Kişilərin daha az yaşamasının səbəbi nədir - ARAŞDIRMA

Qaradağda icra başçısından sonra üç vəzifəli şəxs də İŞİNİ İTİRDİ

Qaradağda icra başçısından sonra üç vəzifəli şəxs də İŞİNİ İTİRDİ

“Uğurlu kommunikasiya: səlis nitq və sərlövhə yaradıcılığı” mövzusunda təlim keçirildi - FOTO

“Uğurlu kommunikasiya: səlis nitq və sərlövhə yaradıcılığı” mövzusunda təlim keçirildi - FOTO

Azarkeşlər matça gəlmədi, klub sükut içində QƏLƏBƏ QAZANDI

Azarkeşlər matça gəlmədi, klub sükut içində QƏLƏBƏ QAZANDI

“İrana yeni hücum olacağı təqdirdə, qətiyyətli cavab verəcək” - Əraqçi

“İrana yeni hücum olacağı təqdirdə, qətiyyətli cavab verəcək” - Əraqçi

Xalq artistinin oğlu DÖYÜLDÜ

Xalq artistinin oğlu DÖYÜLDÜ

Qrip və soyuqdəymə zamanı bunlardan UZAQ DURUN - İmmuniteti zəiflədir

Qrip və soyuqdəymə zamanı bunlardan UZAQ DURUN - İmmuniteti zəiflədir

“Liverpul”da QALMAQAL

“Liverpul”da QALMAQAL

"Bu sənətdə sırtıldım" - VİDEO

"Bu sənətdə sırtıldım" - VİDEO

İranda çoxmərtəbəli binadakı partlayışda nəfər xəsarət alıb - FOTO

İranda çoxmərtəbəli binadakı partlayışda nəfər xəsarət alıb - FOTO

Azərbaycan tibb tarixində YENİ SƏHİFƏ: İlk ürək transplantasiyası - FOTO

Azərbaycan tibb tarixində YENİ SƏHİFƏ: İlk ürək transplantasiyası - FOTO

Sürücülərin DİQQƏTİNƏ: Görünüş məsafəsi məhdudlaşacaq

Sürücülərin DİQQƏTİNƏ: Görünüş məsafəsi məhdudlaşacaq

Arvadını öldürmək istəyən şəxsin cəzası 4 il 6 ay AZALDILDI

Arvadını öldürmək istəyən şəxsin cəzası 4 il 6 ay AZALDILDI

Benzema Avropaya qayıda bilər

Benzema Avropaya qayıda bilər

İranın bir sıra şəhərlərində partlayışlar baş verib - VİDEO

İranın bir sıra şəhərlərində partlayışlar baş verib - VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq VERİLDİ

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq VERİLDİ

Azərbaycanlı müğənniyə qarşı DƏLƏDUZLUQ: Polisə şikayət etdi - FOTO

Azərbaycanlı müğənniyə qarşı DƏLƏDUZLUQ: Polisə şikayət etdi - FOTO

Bu mövsüm Çempionlar Liqasında 9,2 milyon avro İTİRDİLƏR

Bu mövsüm Çempionlar Liqasında 9,2 milyon avro İTİRDİLƏR

İran İsraili HƏDƏLƏDİ: ABŞ bizə hücum etsə…

İran İsraili HƏDƏLƏDİ: ABŞ bizə hücum etsə…

Azərbaycan manatının dövretmə sürəti AZALDI

Azərbaycan manatının dövretmə sürəti AZALDI

Yer ölçüsünə yaxın yeni planet AŞKARLANDI

Yer ölçüsünə yaxın yeni planet AŞKARLANDI

“Fənərbağça” bu hücumçu ilə anlaşdı

“Fənərbağça” bu hücumçu ilə anlaşdı

End of content

No more pages to load

RADİO