Talehi yenidən kəşf etdim

1 noyabr Hacı Talenin məhkəməsində iştirak etdim. Orada gördüklərim mənə o qədər maraqlı oldu ki, ictimaiyyətin orada səslənən fikirlərə münasibətini bilmək üçün bir neçə gün gözləmək qərarına gəldim. Mənim üçün əsas məqam diqqətdən yayındığına görə bir daha eşitdiklərimi, sonra isə mətbuatda gedən Hacı Taleyin fikirlərini yenidən gündəmə gətirmək istəyirəm.

Bu tipli məhkəmələr aylarla uzansalar da bu məhkəmə prosesi bir günün içində ildırım sürəti ilə yekunlaşdı. Məhkəmə iclasında Hacı Taleyə elan olunmuş ittihamın tam saxta olduğu hamıya, o cümlədən prosesdə iştirak edən prokurora və sədrlik edən hakimə gün kimi aydın idi. Bunu onların prosesdə qəbul etdikləri baş-ayaq qərarlarından və bəzən özlərini məcbur edərək, ittihamı müdafiə etmək üçün söylədikləri absurd fikirlərdən görməmək mümkün deyildi. Onsuz da Hacı Talenin işi ilə bağlı istintaq dövrü baş verən biabırçılıqlar bunu sübut etmişdi. Hakimiyyət onu gah narkobaron, gah terrorist kimi qələmə vermək istəsə də ittihamların Hacı Taleyə heç cür yapışmadığından əməliyyatçının onun cibinə atdığı narkotiklə kifayətlənməli oldu ( həmin əməliyyatçı isə məhkəmə iclasına gələndə artıq narkotik atdığı əli qırılmış idi). Mənim üçün ən vacibi istintaqda və məhkəmədə baş verənlər olmadı. Mənim üçün ən vacib və sevindirici Hacı Talenin şəxsiyyətini məzmun etibarı ilə yenidən tanımağım oldu. Buna görə hələ məhkəmə iclası başlayana qədər Hacı Talenin zalda əyləşən insanlara xitabən söylədiyi fikirlərin tezislərini Sizə çatdırıram:

"Allah bizi imtahan edir... Xalqımıza görə, gənclərimizə görə, biz bu mübarizəmizi davam etdiririk... Bu bizim şərəf tariximizdir! Biz həbsimizdən narahat deyilik... Narahat olduğumuz odur ki, bu yolda Rəşadətin babasını o həddə çatdırdılar, özünü doğradı. Dindar Kamran Seyidov təzyiqlərə dözməyərək, özünü asdı... Hakimiyyətin dindarla qeyri-dindar arasında yaratdığı pərdə artıq aradan götürülür. Dünən 5-10 il həbs istənilən qardaşlarla görüşmüşəm. Onlar bir-birlərini təbrik edirdilər. Artıq gəncliyi zindanla qorxutmaq qeyri-mümkündür! Qorxu olmayan yerdə sağlam düşüncə olur... Mən zindanda “NIDA”çılar və başqa müxalif gənclərlə görüşənə qədər onlar haqda fikirlərim fərqli idi. Lakin gördüm ki, onlar da bu xalqın gülləridir, mübarizləridir. Bu gün dinindən, irqindən asılı olmayaraq, hamı haqq mübarizəsi aparmaqdadır.... Bu gün işlər insani dəyərlər üzərində qurulmalıdır!"..

Mənim üçün son 4 cümlə Azərbaycan din adamının dilindən səslənən tam yeni fikir idi. Məhz bu fikirlər Hacı Taleni Azərbaycanda kök salmış, hətta İslamın ən müqəddəs torpağı sayılan Məkkədə belə saxtakarlıq etməkdən çəkinməyən din xadimlərindən fərqləndirdi. Məhz bu fikirlər Azərbaycanda İslam dinindən öz məqsədləri üçün istifadə edənlərdən fərqli olaraq, İslam dininə sadiq olan, onu olduğu kimi saf, təmiz insanlara çatdırmaq istəyən din xadimlərinin olduğunu gördüm. Məhz indi gördüm ki, İslam dinindən insanları məzlum, qorxaq, kölə yetişdirmək istəyənlərdən fərqli olaraq, onları İslam dininin əsas prinsiplərindən olan haqsızlığa qarşı mübariz yetişdirmək istəyənlər də var. Ən əsası bu şəxslər Hacı Talenin timsalında İslama sadiq, gənc, savadlı, insanlar tərəfindən sevilən şəxslərdir. İnanıram ki, məhz bu gənclər müsəlman ölkəsində insan haqqına, şərəf və ləyaqətinə olan hörməti bütün dünyaya göstərəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Valideynlərin NƏZƏRİNƏ: Gələn həftə dayandırılır

Valideynlərin NƏZƏRİNƏ: Gələn həftə dayandırılır

Hörmüz boğazı onlar üçün əbədi bağlı olacaq - Əzizi

Hörmüz boğazı onlar üçün əbədi bağlı olacaq - Əzizi

Rio Olimpiadası üçün tikilən stadion alovlar içində - VİDEO

Rio Olimpiadası üçün tikilən stadion alovlar içində - VİDEO

Fazil Mustafa: “Güzəştlər yalnız minatəmizləyənlərlə məhdudlaşmamalıdır”

Fazil Mustafa: “Güzəştlər yalnız minatəmizləyənlərlə məhdudlaşmamalıdır”

Toylarda yeni xidmət: Bəyə “kirayə dostlar” tutulur

Toylarda yeni xidmət: Bəyə “kirayə dostlar” tutulur

Siyavuş Novruzov: “Gərək illərlə növbəyə durasan ki, narkoloji dispanserə yerləşə biləsən”

Siyavuş Novruzov: “Gərək illərlə növbəyə durasan ki, narkoloji dispanserə yerləşə biləsən”

Felipe Santos “Araz Naxçıvan”dan GEDİR

Felipe Santos “Araz Naxçıvan”dan GEDİR

Orhan Gencebayın 48 illik 81 yaşlı xanımı tərzi ilə diqqət çəkdi - VİDEO

Orhan Gencebayın 48 illik 81 yaşlı xanımı tərzi ilə diqqət çəkdi - VİDEO

İsrail Hizbullahın hərbi infrastrukturunu belə məhv etdi - VİDEO

İsrail Hizbullahın hərbi infrastrukturunu belə məhv etdi - VİDEO

Azərbaycanda qoyunları belə çimizdirəcəklər – FOTO

Azərbaycanda qoyunları belə çimizdirəcəklər – FOTO

Yeni bir başlanğıc üçün sakit və rahat bir məkan: göl mənzərəli “Park Yasamal”da öz ritmini tap - “Kristal”!

Yeni bir başlanğıc üçün sakit və rahat bir məkan: göl mənzərəli “Park Yasamal”da öz ritmini tap - “Kristal”!

18 ay sonra bəraət aldı - “Balıq tutduğuma inanmamışdılar”

18 ay sonra bəraət aldı - “Balıq tutduğuma inanmamışdılar”

Vladikavkazda fişəng anbarında güclü partlayış – VİDEO

Vladikavkazda fişəng anbarında güclü partlayış – VİDEO

Atəşkəsin iqtisadi EFFEKTİ – Bahalaşan və ucuzlaşan MƏHSULLAR

Atəşkəsin iqtisadi EFFEKTİ – Bahalaşan və ucuzlaşan MƏHSULLAR

Sumqayıtda ucuz geyimlərin satıldığı məşhur mağaza BAĞLANDI - FOTO/VİDEO

Sumqayıtda ucuz geyimlərin satıldığı məşhur mağaza BAĞLANDI - FOTO/VİDEO

Məktəbdə insident: Müəllim valideyni döydü

Məktəbdə insident: Müəllim valideyni döydü

Dövlət vəsaiti ilə qurulan “ailə imperiyası”

Dövlət vəsaiti ilə qurulan “ailə imperiyası”

Siyavuş Novruzov: “Qadın paltarında xaricə qaçıb, Azərbaycan xalqına iftira atırlar”

Siyavuş Novruzov: “Qadın paltarında xaricə qaçıb, Azərbaycan xalqına iftira atırlar”

Azərbaycan nümayəndə heyəti II Afrika Şəhərsalma Forumunda iştirak edir - FOTO

Azərbaycan nümayəndə heyəti II Afrika Şəhərsalma Forumunda iştirak edir - FOTO

Zelenski təsdiqlədi: “Yaxın Şərqdə İran dronlarını məhv etmişik”

Zelenski təsdiqlədi: “Yaxın Şərqdə İran dronlarını məhv etmişik”

Dağlara QAR YAĞACAQ - Sabahın havası

Dağlara QAR YAĞACAQ - Sabahın havası

İstilik təchizatı şəbəkələri ilə bağlı YENİ QƏRAR

İstilik təchizatı şəbəkələri ilə bağlı YENİ QƏRAR

Minatəmizləmə fəaliyyətində həyatını itirənlərin ailə üzvləri üçün YENİ GÜZƏŞT

Minatəmizləmə fəaliyyətində həyatını itirənlərin ailə üzvləri üçün YENİ GÜZƏŞT

Bu tələbələrin təhsilhaqqı dövlət hesabına QARŞILANACAQ

Bu tələbələrin təhsilhaqqı dövlət hesabına QARŞILANACAQ

End of content

No more pages to load

RADİO