“Təki Şuşanı, Laçını, Kəlbəcəri azad etsinlər- gediş haqqı lap 100 manat olsun...”

Ictimai nəqliyyatda gediş haqlarının artırılması xəbərini eşidəndə, düzü, əvvəlcə xeyli dilxor oldum...

“Nətəhər olacaq, necə olacaq?.. Biz birtəhər başımızı girləyərik... Bəs bu pensiyaya, çörəkpuluna möhtac qocalar, işsizlər, qaçqınlar nə edəcək?..” Bunları düşünə-düşünə avqustun 1-dən ictimai nəqliyyatı boykot eləmişəm – hər yerə piyada gedib-gəlirəm. Hələ bircə dəfə nə avtobusa, nə də metroya yaxın düşmüşəm. Acığa, 3-4 günün avtobus, metro pulunu toplayıb, vacib lazım olanda 10 km-dən uzaq məsafəyə yalnız taksi ilə gedib-gələcəm...xa0

Bir gerçək də budur ki, hamı daldada-bucaqda öz-özünə, yaxud qohum-qonşu ilə deyinir... Arada bəziləri deyir ki, Baş nazir Novruz Məmmədova şikayət yazaq, belə edək, elə edək... Söz elə orda da qalır... Çətini, “AzTV”-nin, ya da “İctimai”nin kamerası görsənənəcəndir... Bayaqdan qiymət artımını pisləyənlər başlayırlar Tarif Şurasınınxa0 qərarını tərifləməyə, həmin qərarın Azərbaycanın iqtisadi inkişafı, xalqın rifah halının yüksəldilməsindəki rolunu elmi şəkildə əsaslandırmağa...Sonra da hamı həmişəki kimi gedib avtobusa da minir, metroya da...xa0

Guya 1-ci dəfədir... 30 ildi görə-görə gəlirik də... “40-a dözən 41-ə də dözər...”-deyə-deyə hələki nəfəs alırıq... Bir də ki, torpağını itirmiş bir vətəndaş olaraq bu sətirlərin müəllifi üçün pulsuzluq, evsizlik, manatın, dolların “ölüb- dirilməsi”, qiymət artımı-filanxa0 dərd deyil...xa0 Dərd odur ki, sən burda villada yaşayasan, “Mersedes”də, “Cip”dəxa0 gəzib Bakının tozunu udub “Gədəbəy suyu” adı ilə Kürün bulanıq suyunu içəsən, bizim yarıuçuq evlərə sığınmış Aşotla Haykanuş da eşşək belində Şuşanın, Laçının, Kəlbəcərin yaylaqlarını gəzib, təmiz havanı ciyərlərinə çəkib, ekoloji təmiz qoyun pendiri ilə dürməyi yeyib, üstündən də Turşsuyun, İstisuyun, buz bulaqların gözündən min dərdə dərman sularımızdan içə və üstəlik, səni, dədə-babanı söyə, qəbirlərini murdarlaya... Dərd bax budur e, qiymət artımı deyil...xa0xa0
Qiymət artımından bir-iki gün sonra hökumətimizin bir ağıllı işini də görəndə lap ürəkləndim... İşğal altındakı bölgələrimizə də ictimai nəqliyyatla gediş haqqı tarifləri dərc olundu... Bunu görəndən sonra fikirləşdim:”Əşşi, təki Şuşanı, Laçını, Kəlbəcəri, Ağdamı, Qubadlını, Cəbrayılı... azad etsinlər,xa0 Bakıda gediş haqqını lap 10 manata, Şuşaya, Xankəndiyə avtobus pulunu lap 100 manata qaldırsınlar...xa0 Bir təhər bor-xərc edib doğma yurdumun, dədə-baba evimin xarabalıqlarına gedibxa0 çıxaram, orda lap piyada gəzərəm, Aşotun qoyub qaçdığı eşşəyini, qatırını minərəm... Bakıda zirzəmilərdə istehsal edilən “Yeni Zelandiya” yağı əvəzinə bir inək tapıb südünü çalxalayıb təmiz kərə yağı yeyərəm. Supermarketlərdəki geni dəyişmiş futbol topu boyda alma, armud yerinə meşədəki cır alma-armudu həzmi-rabedən keçirərəm...

Təki torpaqlarımızı azad edək... Onsuz da burda mənə yaşamaq üçün villa verib, nəqliyyatı pulsuz edib, altıma “Mersedes” də qoysalar, içim soyuyan deyil... Aşotla Haykanuş dədə-baba torpağımdaxa0 gediş haqqı-filan ödəmədən eşşək belində gəzib babamın goruna söyür...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlanlar aktivləşdi — Bakıda qarşınıza ilan çıxarsa...

İlanlar aktivləşdi — Bakıda qarşınıza ilan çıxarsa...

Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert

Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert

Dünyanın ən zəif valyutaları AÇIQLANDI - Reytinqdə lider ölkə hansıdır?

Dünyanın ən zəif valyutaları AÇIQLANDI - Reytinqdə lider ölkə hansıdır?

İş həyatında ən sürətli yüksələn 4 BÜRC

İş həyatında ən sürətli yüksələn 4 BÜRC

Tərləmənin və pis qoxunun səbəbi bu vitamin imiş

Tərləmənin və pis qoxunun səbəbi bu vitamin imiş

İranda YENİ QURUM yaradıldı: gəmilərin keçidi üçün...

İranda YENİ QURUM yaradıldı: gəmilərin keçidi üçün...

Psixi sağlamlığı yaxşılaşdıran EMOSİYA müəyyən edilib - ARAŞDIRMA

Psixi sağlamlığı yaxşılaşdıran EMOSİYA müəyyən edilib - ARAŞDIRMA

Füzuli rayonundan olan üç itkin şəxsin nəşinin qalıqları müəyyən edildi - 33 ildən sonra

Füzuli rayonundan olan üç itkin şəxsin nəşinin qalıqları müəyyən edildi - 33 ildən sonra

Belarus Ermənistana NOTA VERDİ

Belarus Ermənistana NOTA VERDİ

Gürcüstanda yüksək vəzifəli məmur saxlanılıb - Xarici kəşfiyyata işləyirmiş

Gürcüstanda yüksək vəzifəli məmur saxlanılıb - Xarici kəşfiyyata işləyirmiş

Abdelmacid Tebbun Türkiyəyə səfər edəcək

Abdelmacid Tebbun Türkiyəyə səfər edəcək

Biləcəridə zəncirvari QƏZA: "KamAZ" qırmızı işıqda keçdi - FOTO

Biləcəridə zəncirvari QƏZA: "KamAZ" qırmızı işıqda keçdi - FOTO

Tramp: “İran ağ bayraq qaldırmalıdır” - VİDEO

Tramp: “İran ağ bayraq qaldırmalıdır” - VİDEO

Ermənistanda Zelenskinin gəlişinə ETİRAZ: Ukrayna bayrağı yandırıldı - VİDEO

Ermənistanda Zelenskinin gəlişinə ETİRAZ: Ukrayna bayrağı yandırıldı - VİDEO

Qazaxıstan Rusiyadan elektrik enerjisindən imtina etməyi planlaşdırır

Qazaxıstan Rusiyadan elektrik enerjisindən imtina etməyi planlaşdırır

"Biabırçılıqdır, heç rayonda belə yaşamırlar" - ŞİKAYƏT/VİDEO

"Biabırçılıqdır, heç rayonda belə yaşamırlar" - ŞİKAYƏT/VİDEO

Əhəd Abıyev bir ildə ikinci qardaşını itirdi - FOTO

Əhəd Abıyev bir ildə ikinci qardaşını itirdi - FOTO

Əhvalınızı düzəldəcək kiçik vərdişlər

Əhvalınızı düzəldəcək kiçik vərdişlər

Pakistanda dözülməz İSTİLƏR: ölənlər var

Pakistanda dözülməz İSTİLƏR: ölənlər var

İran BƏƏ-yə hücum etdiyini qəti TƏKZİB ETDİ

İran BƏƏ-yə hücum etdiyini qəti TƏKZİB ETDİ

Cavidin xanımından boşanma ilə bağlı suala ŞOK CAVAB: “Hər şey ola bilər!” - FOTO

Cavidin xanımından boşanma ilə bağlı suala ŞOK CAVAB: “Hər şey ola bilər!” - FOTO

İran gəmilərin Hörmüz boğazından keçidi üçün YENİ MEXANİZM yaradıb

İran gəmilərin Hörmüz boğazından keçidi üçün YENİ MEXANİZM yaradıb

Bu yerlərdə işıq olmayacaq

Bu yerlərdə işıq olmayacaq

Qalada evlərin altından su çıxır - Sakinlər NARAHATDIR - VİDEO

Qalada evlərin altından su çıxır - Sakinlər NARAHATDIR - VİDEO

End of content

No more pages to load

RADİO