Hərbi hissə komandiri haqqında müdhiş cinayət iddiası...

Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, İzlivnoy küçəsi, ev 7 ünvanda yaşayan fermer Əhmədov Etibar Söhbət oğlu Moderator.az vasitəsilə Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinə, Ombudsman Aparatı  rəhbərinə müraciət edib. 

Etibar Əhmədov iddia edir ki, əmlakları Milli Ordunun hərbi hissəsi tərəfindən qanunsuz olaraq məhv edilib, müxtəlif dövlət orqanlarına şikayət etsə də nəticəsi olmayıb.  

Şikayətçi məhz bu səbəbdən Azərbaycan vətəndaşlığından imtina etmək istədiyini bilidirib. 
 
Moderator.az fermerin müraciətini təqdim edir: 

"Mən, Etibar Əhmədov uzun müddətdir ki, ata-baba peşəmiz olan xırda buynuzlu heyvanların saxlanması və bəslənməsilə məşğul oluram. 2003-cü ildə Abşeron rayonun Pirəkeşkül qəsəbəsi ərazisində “Çərməməzar”x9d adlı qış otlaq sahəsindən 100 hektar yerlə bağlı İH ilə 15 il müddətinə müqavilə bağlayaraq sahibkarlıqla məşğul oluram. (Hazırda həmin ərazi Xızı rayonun inzibati ərazisinə daxil olmuşdur.) Ərazidə uzunluğu 35mX6m ölçüləri olan qoyun ferması və 5 ədəd 1 və 2 otaqdan ibarət çobanların yaşaması üçün evlər tikib istifadə edirdim. 
    
03 oktyabr 2010-cu ildə saat 16-17 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə məxsus ZİL 131 markalı avtomobillərlə gələn 20-25 nəfər həbçi mənə məxsus qış otlaq sahəmə (çobanların evdə olmadığı vaxt) qanunsuz basqın edərək ferma və çoban evlərinin hamısını texnikanın köməyilə içərisində olan əşyalarla birlikdə darmadağın etmişlər. Xoşbəxtlikdən basqın zamanı evdə heç bir ailə üzvü olmamışdır. Apardığımız ilkin araşdırmadan məlum olmuşdur ki, mənə məxsus ferma və evlərin dağıdılamsı üçün N saylı hərbi hissənin komandiri olmuş polkovnik Hikmət Hüseyn oğlu Həsənov tərəfindən əmr verilmişdir. Halbuki bu ərazinin nə hərbi hissəyə, nə də hansısa təlim “poliqon”x9duna aidiyyatı olmamışdır. Sifarişçi isə Salyan rayonundan olan fermer Sadayev Durəsən adı şəxsin olduğu bildirilmişdir. Bu fermer öhdəsində olan 100 baş iribuynuzlu, 2000 baş xırdabuynuzlu heyvanını otarması üçün yerli İcra hakimiyyətilə rəsmi müqaviləsi olmadığından mənim yerimə göz dikmiş və hərbi hissə komandiri vasitəsilə mənə məxsus ərazini dağıtmaqla ələ keçirmək niyyətində olmuşdur. Onun istintaqa verdiyi 23.09.2010-cu il tarixli ərizəsi bu faktı bir daha sübut edir. D.Sadayev öz mal-qarasını həmişə və elə indi də həmin ərazidə olan hərbi hissə və poliqonların ərazilərində otarmaqla məşğuldur. Əvvəllər general Rövşən Əkbərovun komandiri olduğu “yaşıl şəhərcik”x9d ərazisindən istifadə etdiyi və beləliklə generalın sürücüsü ilə dostlaşdığı bildirilir. 
Şikayətimiz əsasında ərazi üzrə Xızı rayon Polis Şöbəsində araşdırma aparılmış və 30.12.2010-cu il tarixində aldıqları rüşvət hesabına cinayət işinin başlanmasının rədd edilməsi barədə əsassız qərardad qəbul edilmişdir. Mən törədilmiş cinayətlə bağlı yenidən yuxarı direktiv orqanlara şikayətlər etdim. Azərbaycan Respublikası Baş Prokurorluğun DİO-nın istintaq və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini cənab Elman Əliyevin 18.07.2013-cü il tarixli cavab məktubunda bir daha cinayət faktı təsdiq edilərək Xızı RPŞ-nin qəbul etdiyi əsassız 30.12.2010-cu il tarixli qərarı 22.05.2013-cü il tarixində ləğv edilərək material əlavə araşdırma aparılması üçün göstəriş verilmişdir. Material üzrə hərbi qulluqçu olan şəxslərin iştirak etməsi müəyyən olunduğundan aidiyyatı üzrə Hərbi prokurorluğa göndərilmişdir. İş materiallarının araşdırılması Sumqait şəhər Hərbi prokurorluğuna verilmişdir. İstintaqın gedişi zamanı hərbi hissə komandiri polkovnik H.H.Həsənov məni zərəçəkmiş tərəf kimi yanına çağıraraq dəymiş zərərin əvəzi kimi 25000 manat pul təklif etmişdir. (Pirəküşkül qəsəbəsi, “Avropa”x9d kafesində, 877 saylı H/hissənin yanında) Mən razılaşmadım ki, axı Sumqait Hərbi prokurorunun müstəntiqinin iştirakı ilə dəymiş zərərin hesablanmasılə bağlı xüsusi komissiya 60-70000 AZN civarında ziyan olduğunu hesablamışlar. Təklif etdim ki, heç olmasa ziyanın yarısını ödəmək lazımdır ki, mən yenidən ferma və evləri inşa edə bilim. Razılaşma baş tutmamışdır. Və bundan sonra sanki istintaq dalana dirənmişdir. Mən vəziyyəti belə görüb əvvəlcə 30 may 2013-cü il tarixində  Prezident Administrasiyası rəhbərinin hərbi məsələlər üzrə müavini general Məhərrəm Əliyevin qəbulunda oldum. 2013-cü ilin oktyabrında Respublika Hərbi Prokuroru cənab Xanlar Vəliyevin qəbulunda oldum. Bundan sonra iki dəfə Hərbi Prokurorluğun istintaqa nəzarət şöbəsinin rəisi polkovnik Mahir Əliyevin qəbulunda oldum. 
    
Nəhayət, 27.02.2015-ci il tarixində Sumqayıt şəhər Hərbi prokuroru Rövşən Əfəndiyev məni yanına dəvət edərək bu məsələnin həll edilməsi üçün 5000 manat pul təklif etdi. Bu təklif 13 fevral 2015-ci il tarixində Baş Prokurorun qəbulunda olduqdan sonra baş vermişdir. Halbuki, Sumqayıt şəhər Hərbi Prokuroru özünün şəxsən imzaladığı 11.06.2014-cü il tarixli 001074 saylı Qərardadında şikayətimin təmin edilməməsi qərara alınmışdır.(Təbii ki, maddi maraqların təmin olunması  hesabına) Təbii ki, razılaşmadım. 
   
13 fevral 2015-ci il tarixində Cənab Baş prokuror Zakir Qaralovun Şamaxı şəhərində keçirdiyi səyyar qəbulunda oldum. Baş Prokuror məsələdən məlumatlı olduğunu və niyə bu vaxtadək problemin həll edilmədiyini soruşdu, yenidən köməkçisinə tapşırıqlar verdi. Söz verdi ki, prokuror Xanlar Vəliyevə ciddi tapşırıq verəcəkdir. 
   
08 iyul 2015-ci il tarixində Prezident Adminstrasiyasında Prezidentin hərbi məsələlər üzrə müşaviri Vahid Əliyevin qəbulunda oldum.O səmimi etiraf etdi ki, bu işdən ötürü mən Respublika Hərbi prokuroruna söz demək istəmirəm. 
  
Bütün bu rəsmi qəbulların nəticəsi olaraq  Hərbi Prokurorluqda Mahir Əliyevlə kabinetində  olan sonucu görüşdə o əsəbi halda üstümə hücum çəkərək niyə yenidən şikayət etdiyimə görə  məni yumuruqla vurmaq istədi. Yaxşı ki, yanımda tanışım Kamal kişi vardı və o Mahiri tutub saxladı. Sakitləşdikdən sonra o bildirdi ki, “... polkovnik Həsənov Hikmət cinayəti törədib. Amma nahaq edib. Neyləyə bilərik, indi ordumuzun belə zabitlərə ehtiyacı var. Bizdə hazırda hərbi kadr çatışmazlığıdır. Bu səbəbdən ona cəza verə bilmərik.”x9d Beləliklə, 23 may 2014-cü il tarixli qərardadla  Sumqayıt Hərbi Prokuroluğunda cinayət işinin başlanmasının rədd edilməsi barədə saxta və əsassız qərardad qəbul etmiş  və sonradan Respublika Hərbi Prokurornun müavini səviyyəsində bu qərardad bu il bir daha təsdiq edilmişdir. 
   
Maraqlısı budur ki, qəbulunda olduğum bütün yüksək ranqlı dövlət məmurları hamısı eyni fikirdə olmuşlar və etiraf etmişlər ki, xoşagəlməz hal-cinayət faktı baş vermişdir. ( polkovnik Hikmət Həsənov da törətdiyi cinayətə görə mənə 25 min manat pul təklif etmişdi)
 
Mən, dövlət orqanı rəhbərlərilə görüşün mənasız olduğunu görüb 2014-cü ilin yazında “Bakı Press”x9d qəzetinin baş redaktoru Novruz Qubadlıya müraciət etdim. O da hərbi hissə komandiri H.Həsnovla görüşüb müsahibə aldı. Komandir belə bir hadisənin olmasını təsdiq etdi və etiraf etdi ki, səhv iş görüb. Çalışarıq E.Əhmədovun təsərrüfatının bərpası üçün köməklik edək.”x9d Amma nəticə olmadığından qəzetin 28 may 2014-cü il tarixli “N saylı hərbi hissədə özbaşnalıq cavabsız qalır”x9dbaşlıqlı, “Müdafiə naziri Zakir Həsənov hara baxır?”x9d yarımbaşlıqlı bir səhifəlik araşdırma məqalə dərc edilir. Amma nə fayda.

AR Hərbi Prokurorluğun istintaq nəzarət şöbəsinin rəisi Mahir Əliyevin 06 avqust 2015-ci il tarixli cavab məktubundan görünür ki, bizim 10.07.2014, 15.07.2014, 13.08.2014, 18.08.2014, 25.08.2014, 02.10.2014, 09.10.2014, 06.11.2014, 26.02. 2015, 21.05.2015, 22.06.2015 ”“ci il və digər tarixlərdə Respublika Hərbi Prokurorluğuna daxil olmuş müraciətlərimizə baxılmış və Sizə ətraflı cavab verilmişdir. Biz Sumqayıt Həbi Prokurorluğunun 23 .05.2014-cü il tarixli əsassız qərardadından şikayət versək də bu günədək cavab verilməmişdir.

Aldığımız son məlumata görə mənə məxsus əraziyə tabesində olan əsgərlər və texnikanı cəlb etməklə basqın törədərək əmlakımı dağıdaraq ağır cinayət törətmiş polkovnik Hikmət Həsənov  3-4 ay əvvəl general vəzifəsinə yüksələrək korpus komandiri təyin edilmişdir. 

Budur, Milli Ordumuzun texnika və şəxsi heyəti cəlb etməklə fermer təsərrüfatımı oktyabr ayında dağıtması nəticəsində 300-ə yaxın qoyun-quzu qışlaqda soyuqdan məhv olmuşdur. 5 ildir ki, mülkiyyətimə dəymiş ziyanla bağlı yüksək dövlət məmurlarının qapılarına ayaq döydüm. Nəticə olmadı. Və beləliklə mən hazırda tam müflis olmuşam. İndi ailəmi dolandırmaq iqtidarında deyiləm. Son ümid yeri kimi bu ilin avqustunda Cənab Ali Baş Komandana, Ombudsman Aparatına, MTN-ə,Müdafiə nazirinə, Baş Prokurorluğa, DİN-nə yazılı müraciətlər etdim. Faydası olmadı. Artıq bütün ümidlərim bitmişdir,  intihar həddinə gəlmişəm. Öncə şəxsi mülkiyyətimdən əsassız olaraq məhrum edildiyimə və bununla əlaqədar ölkəmizdə baş verən qanunsuzluqlara, süründürməçiliyə, məmur özbaşnalığına etiraz əlaməti olaraq Azərbaycan Vətəndaşlığından rəsmən imtina edirəm. 

Azərbaycanda fəaliyyət göstərən Norveç Krallığı Səfirliyindən xahiş edirəm, mənə və ailəmə adam kimi yaşamaq və bir parça çörək qazanmaq üçün təmsil etdikləri ölkələrdən birində sığınacaq versinlər. Əvvəlcədən minnətdarlığımı bildirirəm".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Arıqlama dərmanları davranışa da təsir edir – ŞOK ARAŞDIRMA

Arıqlama dərmanları davranışa da təsir edir – ŞOK ARAŞDIRMA

Simonyan məhkəmədə Köçəryana qalib gəldi

Simonyan məhkəmədə Köçəryana qalib gəldi

Apellyasiya üçün ödəniş təklifi – Qiymətlər AÇIQLANDI

Apellyasiya üçün ödəniş təklifi – Qiymətlər AÇIQLANDI

Müdafiə naziri yeni generallara rütbələrini təqdim edib– FOTO

Müdafiə naziri yeni generallara rütbələrini təqdim edib– FOTO

Balakəndə şəhidlərin xatirəsi yad edilib - FOTO

Balakəndə şəhidlərin xatirəsi yad edilib - FOTO

Bu eynəklər gözə daha çox zərər verir - Həkimlərdən xəbərdarlıq

Bu eynəklər gözə daha çox zərər verir - Həkimlərdən xəbərdarlıq

Rusiyanın sabiq müdafiə naziri Sergey İvanov vəfat edib

Rusiyanın sabiq müdafiə naziri Sergey İvanov vəfat edib

Qələbəyə dəqiqələr qalmış şəhid olan QƏHRƏMAN

Qələbəyə dəqiqələr qalmış şəhid olan QƏHRƏMAN

Filippində 6,7 maqnitudalı zəlzələ olub

Filippində 6,7 maqnitudalı zəlzələ olub

Türkiyəli deputat AŞPA-da Azərbaycanı müdafiə etdi

Türkiyəli deputat AŞPA-da Azərbaycanı müdafiə etdi

Rusiya Qubadlıda uşaq bağçası tikir - FOTO

Rusiya Qubadlıda uşaq bağçası tikir - FOTO

İlk mərhələsi tamamlanan "City Garden Narimanov"da yeni mərhələnin satışına start verildi!

İlk mərhələsi tamamlanan "City Garden Narimanov"da yeni mərhələnin satışına start verildi!

Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi

Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi

Laboratoriya brilyantı ilə təbii daşlar necə fərqləndirilir? – Diqqət edilməli MƏQAMLAR

Laboratoriya brilyantı ilə təbii daşlar necə fərqləndirilir? – Diqqət edilməli MƏQAMLAR

Ursula fon der Lyayen Bakıdan sonra İrəvana gedəcək

Ursula fon der Lyayen Bakıdan sonra İrəvana gedəcək

Qusarçayda sahil torpaqları TƏHLÜKƏDƏ – Texnikalar fasiləsiz işləyir - FOTO

Qusarçayda sahil torpaqları TƏHLÜKƏDƏ – Texnikalar fasiləsiz işləyir - FOTO

Bir kənddən 7 şəhid - Prezident hamısını TƏLTİF etdi

Bir kənddən 7 şəhid - Prezident hamısını TƏLTİF etdi

Krım və Sevastopolda fövqəladə vəziyyət elan edildi

Krım və Sevastopolda fövqəladə vəziyyət elan edildi

"Hyundai" 96 min avtomobilini geri çağırır - SƏBƏB

"Hyundai" 96 min avtomobilini geri çağırır - SƏBƏB

Türkiyə 2030-cu ildə su qıtlığı yaşayacaq?

Türkiyə 2030-cu ildə su qıtlığı yaşayacaq?

Rusiyada "yuxu turizmi" trendə çevrilib

Rusiyada "yuxu turizmi" trendə çevrilib

Şahdağda hindistanlı milyonçu övladına toy edir — 3 gün davam edəcək - VİDEO

Şahdağda hindistanlı milyonçu övladına toy edir — 3 gün davam edəcək - VİDEO

"Volkswagen" 100 minədək iş yerini ixtisar etməyi planlaşdırır

"Volkswagen" 100 minədək iş yerini ixtisar etməyi planlaşdırır

Ana südünün immun sisteminə təsirində yeni KƏŞF – Mühüm komponent müəyyən edilib

Ana südünün immun sisteminə təsirində yeni KƏŞF – Mühüm komponent müəyyən edilib

End of content

No more pages to load

RADİO