Xızıda namus üstə törədilən qətllə bağlı məhkəmə işi yekunlaşıb.
xa0
Moderator.az Axar.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Cəbrayıl rayon sakini olan Rahib Əliyevə 14 il həbs cəzası verilib.
xa0
O, “Makarov”x9d markalı tapançadan atəş açmaqla rayon sakini Osman Şirinovu qətlə yetirib. Sonra qayınatasının evində olan uşaqları ilə vidalaşıb polisə təslim olub. Hadisə bu il yanvarın 28-i baş verib.
xa0
“7news.az”x9d yazıb ki, R.Əliyev ifadəsində Şirinovu həyat yoldaşı ilə intim əlaqədə olduğuna görə öldürdüyünü açıqlayıb. O, 2005-ci ildə Xızı sakini Aytən Nəsirova ilə evlənib.
xa0
Bu il yanvarın 24-də Aytən uşaqlarını ondan xəbərsiz atası evinə gətirib. Bir gün sonra təkbaşına Bakıda yaşayan xalasının evinə yola düşüb. Bu barədə xalasından heç kimə deməməsini xahiş edib.
xa0
Atası qızının axtarışına başlayıb. Bu ərəfədə Rahibin qonşusu Ceyhun Məmmədov ona arvadı haqda danışıb. Ötən ilin yayında o neft daşlarında işdə olarkən onların mənzilində naməlum şəxsin gecələdiyini söyləyib.
xa0
Ceyhun ertəsi gün o adamın qarşısını kəsərək kimliyi ilə maraqlanıb. Cavabında sonuncu bunun şəxsi işi olduğunu bildirib, aralarında mübahisə yaranıb.
xa0
Qonşusu Mənsur isə həmin şəxsi telefonunun videosuna çəkib. Danışıq əsnasında həmin şəxs Xızıdan olduğunu deyib. Ceyhun onu xəbərdar edib ki, bir də bu ərazidə görsənsə həmin görüntü qadının ərinə veriləcək.
xa0
Həmin vaxtdan o bu haqda Rahibə danışmaqdan çəkinib. Və buna görə Rahibdən üzr istəyib. Rahib təkidlə telefondakı görüntüyə baxıb.
xa0
Elə həmin gün Qarabağ savaşı vaxtından gətirdiyi və evdə saxladığı tapançanı götürüb, qayınatasının evinə yollanıb. Sonuncuya telefonuna köçürdüyü naməlum şəxsin görüntüsünü göstərməklə, onun namusuna toxunduğunu bildirib.
xa0
Yaxın adamların köməkliyi ilə Rahib müəyyən edib ki, həmin şəxs rayon sakini Osman Şirinovdur. Səhərisi gün mərkəzi bazarın yanında ticarətlə məşğul olan Şirinova məxsus marketə gəlib, ona 3 dəfə atəş açıb.